Gündəm

İş qurmaq adı ilə 610 min manatlıq dələduzluq edənlərə hökm oxundu

http://olke.az/uploads/1550643307/deleduz.jpg
 
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlham Xıdırov və Nazim Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ.Xıdırovun 9 il 6 ay və N.Mustafayev isə 5 il müddətinə azadlıqdan məhrum edilib. N. Mustafayev məhkəmə zalında həbs edilib.

İttihama görə, təqsirləndirlən şəxslər İrandan və Rusiyadan kompressor avadanlıqları gətirib, satmaq adı ilə bir neçə şəxsdən külli miqdarda pul alaraq onlara qazanc verəcəklərini vəd verib, lakin həmin şəxsləri aldadıblar. Digər təqsirləndirilən N.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

 

Zərərçəkmişlərdən biri Elxan Muradlı biznes qurmaq üçün 610 min manat pulu İ.Xıdırova verib və ala bilməyib. Həmin şəxslər zərərçəkmiş Gülnaz Abdullayevadan 21 min dollar, Tamilla Əliyevadan isə 28 min dollar almaqla dələdzuluq ediblər.