Gündəm

Ağstafaya gedən İsgəndər Həmidov qaçırılıb?

Ağstafaya gedən İsgəndər Həmidov qaçırılıb?
 
 
 
 
 
 
 
 
 
 

 

 

Ağstafaya gedən sabiq Daxili İşlər Naziri İsgəndər Həmidov taksi sürücüsü ilə birlikdə yoxa çıxıb.

AnTV.az xəbər verir ki, bu barədə 1990-2000-ci illərdə millət vəkili olmuş Mətləb Mütəllimli sosial şəbəkədə məlumat verib.

M. Mütəllimli sabiq nazirin sürücü ilə birlikdə yoxa çıxdığını bildirir:

"Azərbaycan Xalq Hərəkatının dönəm sədri İsgəndər Həmidov Bakıdan Ağstafaya getdiyi taksi sürücüsü ilə birlikdə yoxa çıxmışdır.”

Aldığımız məlumata görə, sabiq Daxili İşlər Naziri Razim Babayevin idarə etdiyi  90-??- 880 C Klas avtomobili ilə AXH-in Ağstafa şöbəsinin təsis konfransını yaratmaq üçün getmişdi.

AnTV.az sabiq DİN naziri İsgəndər Həmidovla əlaqə saxlayıb. Sabiq nazir hal hazırda sağ salamatdır.

Ağstafaya gedərkən yolda nə baş verdiyini dəqiqləşdirdikdən sonra dərc edəcəyik…

 

Nurlan Cəfəri