Gündəm

Diabet xəstələrinin nəzərinə — Minillik reseptlərlə ağrılarınızdan və şəkərdən qurtulun + FOTOLAR

http://olke.az/uploads/1549654170/erftyhujytre.jpg
14 fevral Dünya Diabet Gününə hazırlıqlar artıq başlayıb.

"Kanal14.az" publika.az-a istinadən xəbər verir ki, mütəxəssislər diabet xəstəliyinin yaranması, simptomları və müalicəsi ilə bağlı maarifləndirmə işlərinə start veriblər.

Alimlər insanları şəkərdən imtina etməyə təşviq edərək onun yerinə "ağ ölümü" əvəzləyən alternativləri tövsiyə edirlər.

Şəkəri əvəz edən və onun yoxluğunu hiss etdirməyən ən təbii qida isə təbii ki, baldır.

Bədəndə asılılıq yaradan şəkərin zərərləri orqanların bir çoxunda öz mənfi təsirini göstərir və ölümcül xəstəliklərə yol açır. Bu xəstəliklərin başında isə diabet gəlir. Sağlam həyat üçün mübarizə aparan hər kəs xam baldan istifadəyə üstünlük verir. Marketlərdən tutmuş şirniyyat mağazalarına qədər bütün qida zəncirlərindən istifadə olunan şəkər yerinə, təbiətdən gələn və işlənməmiş qida olan bal 7-dən 70-ə hər kəs tərəfindən rahatlıqla qəbul edilə bilər.

Bal və darçın qarışığı

Diabet xəstələri adətən şəkər yerinə istifadə edə biləcəkləri və qlükoza səviyyəsini artırmayacaq alternativlər axtarışında olurlar. Xam balın çəki itirmək və qan lipidləri üzərində faydalı təsiri olduğu sirr deyil. Balın içinə darçın əlavə etməklə də qanda şəkərin miqdarı azaldıla bilər və immun sistemini xolestroldan təmizləyər.

İstifadə qaydası

Darçın çubuqlarını qaynadın. Daha sonra suyunu süzüb üzərinə bir yemək qaşığı bal əlavə edin. Bu qarışımı hər gün nizamlı şəkildə istifadə edin.

Bal və qatıq qarışığı

Sadə qatığın probiotikləri bağırsaqların daha yaxşı işləməsinə və beləliklə, metabolizm sistemini işlədəcək doğru miqdarda hormon ifrazına yardımçı olur. Eyni zamanda, qatıq qan şəkərinin aşağı salınmasında faydalı olan qidalardandır.

İstifadə forması

2 yemək qaşığı təbii balı bir kasa qatığın üzərinə əlavə edin. Hər gün acqarına yeyin. Bu qarışığı gündəlik çərəz yerinə də istifadə edə bilərsiniz.

Bal və quru nanə qarışığı

Qurudulmuş nanə yarpaqlarını ovub kiçik qaba qoyun. Üzərinə 2 yemək qaşığı bal əlavə edib qarışdırın. Daha sonra qarışığın ölçüsünə uyğun olaraq ilıq su əlavə edin. Hər gün acqarına nizamlı şəkildə istifadə edin.