Gündəm

3 nəfərin öldüyü təyyarə qəzasının görüntüləri yayıldı — VİDEO

http://olke.az/uploads/1548566277/ewrfrgderwe.jpg
 
Rusiyanın Murmansk vilayət aerodromunda "Tu-22M3" tipli təyyarə eniş zamanı qəzaya uğrayıb. Təyyarənin qəza anının görüntüləri yayılıb.

"Kanal14.az" bildirir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

Çərşənbə axşamı plan çərçivəsində təlim-məşq uçuşunu yerinə yetirdikdən sonra güclü küləklə müşahidə olunan qar yağışına düşən "Tu-22M3" tipli təyyarə sərt eniş edib.

Bu zaman bombardımançı hissələrə parçalanıb və yanmağa başlayıb. Nəticədə 3 nəfər ölüb, bir yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.