Gündəm

Tehranda faciə — “Boeing” qəzaya uğradı

http://olke.az/uploads/1547447238/o13.jpg
 
İranın Tehran şəhərində təyyarə qəzaya uğrayıb.

Bu barədə "İLNA” agentliyi məlumat yayıb. Məlumata əsasən, paytaxt yaxınlığında "Boeing-707” təyyarəsi qəzaya uğrayıb. 

Yük təyyarəsinin tərkində 10 nəfər olub. İlkin məlumata əsasən, bütün sərnişinlər və ekipay üzvü həlak olub.

 

"Fars” agentliyi isə təyyarənin Bişkekdən İrana uçduğunu yazıb.