Gündəm

 Azərbaycanlı böyük otellər şəbəkəsində vəzifəyə təyin edilib – FOTO

http://azinforum.az/wp-content/uploads/2019/01/azsd.jpg
 
 

Azərbaycanın turizm və otelçilik üzrə tanınmış mütəxəssislərindən biri olan İlkin Rüstəmov dünyanın qabaqcıl otel şəbəkələrindən olan "Serena Hotels Group”da vəzifəyə təyin edilib. Bu barədə "Marja”ya İlkin Rüstəmov özü məliumat verib.

Bu qrup öz idarəçiliyində dünya üzrə 40-dan artıq lyuks sinfinə daxil olan otellər şəbəkəsini birləşdirir. İlkin Rüstəmov "Serena Hotels Group”un Tacikistanın paytaxtı Duşanbə şəhərində yerləşən və bu ölkənin ən prestijli otel-turizm kompleksi olan "Serena Hotel Dushanbe”nin Satış və Marketinq departamentinin direktoru vəzifəsinə təyin olunub.

Xatırladaq ki, İlkin Rüstəmov bundan öncə Azərbaycanda "Fairmont Hotels”, "Rixos Hotels”, "Absheron Hotel Group” and "PMD Hospitality Group”da Satış və Marketinq üzrə müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. O, həmçinin çoxsaylı beynəlxaq turizm sərgilərinin iştirakçısı olmuşdur və ölkəmizin turizm potensialının tanıdılması üzrə fəal turizm peşəkarlarından biridir.

Azərbaycanlı böyük otellər şəbəkəsində vəzifəyə təyin edilib
Azərbaycanlı böyük otellər şəbəkəsində vəzifəyə təyin edilib