Gündəm

“4 rayonunun polis rəisləri işdən çıxarılmayıb” – Ehsan Zahidov

http://azinforum.az/wp-content/uploads/2019/01/krrrr.jpg
 
 
 

Daxili İşlər Nazirliyi Bakının 4 rayonunun polis rəislərinin işdən çıxarılmasına münasibət bildirib.

DİN mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov açıqlamasında bildirib ki, Binəqədi, Xətai, Xəzər və Səbail rayon Polis idarələrinin rəislərinin işdən çıxarılması ilə bağlı yayılan xəbərləri həqiqətə uyğun deyil. Sözügedən rayonların polis rəisləri vəzifələrinin başındadır.
Qeyd edək ki, report informasiya agentliyi Binəqədi rayon Polis idarəsinin rəisi, polkovnik Namiq İsmayılov, Xətai rayon Polis idarəsinin rəisi, polkovnik Muradalı Babayev, Xəzər rayon Polis idarəsinin rəisi, polkovnik Azər Muradov və Səbail rayon Polis idarəsinin rəisi, polkovnik Şəmşir Kazımov işdən azad edilməsi ilə bağlı xəbər yaymışdı.