Gündəm

Tovuz rayon sakini məhkəmə icra məmurundan nələr danışdı/VİDEO FOTO

Tovuz rayon sakini məhkəmə icra məmurundan nələr danışdı/VİDEO FOTO



















 

 

 

Ölkədə boşanma hallarının sayı günü-gündən artmaqdadır. Bu məsələ haqında tez-tez mətbuat orqanlarında və teleradio şirkətlərində xəbərlərə rast gəlirik. Təbii ki, bu heç də xoşagəlimli hal deyil, ancaq təəssüflər olsun ki, boşanmalar ən çox gənc ailələr arasında baş verir. Ailədaxili münaqişələr, zorakılıq halları, məcburi evlənmə, narkotika aludəçiliyi və s. evliliyin bitməsinə gətirib çıxarır. Xüsusilə gənc ailələrin övladları varsa bu boşanma hallarından ən çox demək olar ki, uşaqlar əziyyət çəkir, hətta psixoloji travma belə alırlar. 

Uşaqlı ailələr boşandıqda məhkəmə tərəfindən tərtib olunan qətnamə əsasında ata tərəfindən övladına müəyyən məbləğdə 18 yaşa qədər aliment ödənməlidir. Lakin heç də bütün valideynlər buna əməl etmir və boyun qaçırırlar. DogruXeber.az xəbər verir ki, bu kimi problemlərdən biri də Tovuz rayon sakini Vəliyeva Sevinc Hüseyn qızının ailəsində baş verir. Deməli, həmin xanımın qızı Abbasova Lalə Telman qızı 15.12.2016-cı ildə rəsmi şəkildə həyat yoldaşı Məhərrəmov Elməddin adlı şəxsdən boşanır. 

Azyaşlı uşaqları olduğu üçün Məhərrəmov Elməddin tərəfindən övladına aliment verilməsi haqqında məhkəmə qərar qəbul edir. Lakin Abbasova Lalə övladına ödəniləcək alimenti 2 ildir ki ala bilmir. Şikayətçi bildirir ki, Tovuz rayon məhkəmə icraçısı Xəyal adlı şəxsə Lalə xanımın anası dəfələrlə bu problemlə bağlı müraciət etsə də heç bir nəticə əldə olunmayıb. Əksinə Xəyal bəy əlindən heç nə gəlmədiyini və pulu ondan ala bilmədiyini deyib. 

Üstəlik guya, uşağın atası gizləndiyi üçün tapa bilmir. Hətta bəzən Sevinc xanımın zənglərinə cavab vermir, dəstəyi götürdükdə isə "işim var, vaxtım yoxdur, məhkəmədəyəm danışa bilmirəm” deməklə bu məsələnin həllindən boyun qaçırmaqla kifayətlənib. İcraçının üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmədiyi üçün vətəndaş bizim redaksiyamıza bu məsələnin mətbuatda yayınlanması üçün müraciət etmişdir. 
Vətəndaş onu da qeyd edir ki, Tovuz rayon məhkəmə icraçısı Xəyal bəyə zəng edib şikayət etdikdən sonra qızının keçmiş əri Məhərrəmov Elməddin onlara zəng vuraraq niyə şikayət etdiklərini soruşub və alimenti ödəməyəcəyini, uşağı da anasından alacağını deyib. Şikayətlərini geri götürmədikdə bu məsələnin pis qurtaracağıyla hədələyib. Onu da vurğulayaq ki, sevinc xanım deyir ki, Elməddin bəy bir dəfə telefon danışığında "mənim arxamda çox adamlarım var, mən də nəsə edə bilərəm” deməklə onları təhdid belə edib. 

Maraqlısı budur ki, dövlət qanunları qarşısında hər kəs bərabərdisə Elməddin bəyin güvənəcəyi şəxslər bu qanunlara tabe deyil ki? Ölkəmizin qanunları hər kəs üçündür və bütün vətəndaşlar qanun qarşısında bərabərdir. Məhkəmə icraçısı öz işini layiqincə görə bilmirsə o zaman hansı məqsədə qulluq etdiyi barədə də suallar yaranır. Bir vətəndaş məhkəmə tərəfindən ölkənin ali qanunları əsasında tərtib olnunan qətnaməyə əməl etmirsə o zaman hüquq mühafizə orqanları tərəfindən həmin şəxslə bağlı tədbir görülməlidir. 
DogruXeber.az agentliyinə müraciəti əsasında Sevinc xanım sonda bildirdi ki, Tovuz rayon icra şöbəsinin əməkdaşı Xəyal bəyin oyunlarından əli üzüldüyü üçün ədliyyə nazirliyinə şikayət edəcək. Ailənin dolanışığı da aşağı səviyyədədir və ailə onun 160 manat əməkhaqqısı ilə dolanır.

Ümidvarıq ki, Xəyal bəy bütün bunları oxuyacaq və ailənin nə dərəcədə həmin pula ehtiyacı olduğunu daha yaxşı anlayacaq.Bu gün ölkədə ədliyyə ilə bağlı bir çox narazılıqlar baş qaldırmaqdadır. Redaksiyamıza ədliyyə ilə bağlı, məhkəmə ilə bağlı şikayətlər durmadan daxil olur.Məhz bunlar ölkədə ədliyyənin necə işləməsini göstərir. ədalətin bərqərar olunduğu məhkəmə belə bir işin öhdəsindən gəlmirsə o zaman əlacszı vətəndaş kimə və hara müraciət etsin? Hətta bir çox şikayətçilərin iddiasına görə ölkədə bəzi məhkəmələr pulla alınır. Bu isə qanunlarımıza birbaşa ləkədir. 

P.S. Məsələyə aydınlıq gətirməsi üçün Tovuz rayon icra məmuru Xəyal müəllim ilə telefon əlaqəsi saxladıq. Abbasova Lalə xanımın alimentini ala bilməməsinin səbəbini sorüşduqda,danışmağa vaxtıxın olmadığını bildirən Xəyal bəy telefonu söndürdü. Görünür ki,bu cür çətin vəziyyətdə olan ailələrin müraciətləri, məhkəmə icra məmuru olan Xəyal bəyi bir o qədər də maraqlandırmır. 
DogruXeber.az

Tovuz rayon sakini məhkəmə icra məmurundan nələr danışdı/VİDEO FOTO
Tovuz rayon sakini məhkəmə icra məmurundan nələr danışdı/VİDEO FOTO
Tovuz rayon sakini məhkəmə icra məmurundan nələr danışdı/VİDEO FOTO
Tovuz rayon sakini məhkəmə icra məmurundan nələr danışdı/VİDEO FOTO
Tovuz rayon sakini məhkəmə icra məmurundan nələr danışdı/VİDEO FOTO
Tovuz rayon sakini məhkəmə icra məmurundan nələr danışdı/VİDEO FOTO