Gündəm

Cəlilabad Dezinfeksiya stansiyası işçilərinin əməkhaqqı kartları kimlərin cibindədir?

Cəlilabad Dezinfeksiya stansiyası işçilərinin əməkhaqqı kartları kimlərin cibindədir?
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
Bölgələrdə müxtəlif dövlət qurumlarında yenə də özbaşınalıqlar davam edir. DogruXeber.az informasiya agentliyinin redaksiyasına hər gün müxtəlif şəkildə şikayət və müraciətlər daxil olur. Vətəndaşların haqlarının tapdalanması, onların şəxsiyyətlərinin alçaldılması, müraciətlərinə baxılmaması kimi şikayətlər aşırı dərəcədə özünü büruzə verir. Növbəti şikayət isə Cəlilabad rayonundan Əliyev Rafiq tərəfindən redaksiyamıza daxil olmuşdur. Daxil olan video materialda vətəndaşınm iddiaları həqiqətdirsə o zaman deməli evdə oturaraq da böyük məbləğdə gəlir əldə etmək olar. Məsələn hər hans bir idarənin rəhbərisən və işçiləri işdən qeyri rəsmi olaraq azad edirsən. Işçilər işdən çıxır ancaq sənəddə hələ də işlədikləri göstərilir. Onlara dövlət tərəfindən maaş ayrılır ancaq maaş yalnız bir nəfərin cibinə gedir. Qurulan bu "rahat yolla pul əldə etmək” taktikasından bir nəfər qazanc götürür—müəssisə rəhbəri. Vətəndaşın iddiasına görə bu strateji yolla öz qazancını əldə edənlərdən biri də Cəlilabad rayonundakı Dezinfeksiya Stansiyasının rəhbəri Mahir adlı həkimdir. Deyilənə əsasən həmin həkim işçiləri idarədən çıxarıb əmək haqqı kartlarını öz cibinəqoyur. Hər ay karta vurulan maaşı da elə məhz özü götürür. 20 nəfər işçinin hər birinin minimum 150 Azn-dən maaşlarını hesablasaq ən azı 3000 manat pul edir. Bu özbaşınalıqları bu qədər rahat şəkildə necə edirlər görəsən? Hər rayon üzrə təyin olunan icra başçısı bu kimi məsələlərə xüsusilə diqqət ayırmalı olduğu halda niyə onun diqqətindən kənarda qalır? Rayonda yerləşən bəzi dövlət müəssisələri icra hakiminin bu laqeydliyindən aşırı dərəcədə istifadə edir. Sanki dövlət müəssisəsi onların şəxsi əmlakı və ya qurduqları şəxsi biznesidir. Sakinin dediyinə görə Mahir həkim ürəyi istədiyi vaxtı müəssisəyə gəlirsə o zaman o müəssisə niyə və nə üçün fəaliyyət göstərir? Xüsusilə də işçiləri çıxarıbsa fəaliyyətinin heç bir önəmi qalmır. Boş-boşuna dövlət tərəfindən pullar bir nəfərin cibinə daxil olur. Rayon icra hakimiyyəti bu mələdən xəbərdardısa və buna qəsdən göz yumursa deməli əldə olunan gəlir məhz iki nəfər—Mahir həkim və Cəlilabad Rayon icra başçısı Zeynalov Namiq arasında bölünür. Yox əgər pul yalnız Mahir həkimin cibinə gedirsə yenə də bu neqativ və çirkin işlərin həyata keçirilməsində icra hakiminin də günahı var. Çünki icra başçısı olduğu rayonda hər hansı bir qanunsuz əməllərə yol verən müəssisə rəhbərlərinin fəaliyyətinə görə o məsuliyyət daşıyır. Bu o deməkdir ki rayona ciddi nəzarət olunmur.
P.S DogruXeber.az informasiya agentliyi olaraq əməkdaşlarımız Cəlilabad rayon Dezinfeksiya stansiyasının baş həkimi Mahir doktorla telefon əlaqəsi saxladı. Təəssüflər olsun ki, baş həkim verdiyimiz siuallara cavab verməkdən yayındı.