Gündəm

Şabran xəstəxanasında rəzalət

Şabran xəstəxanasında rəzalət
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Bildiyimiz kimi səhiyyəylə bağlı şikayət və narazılıqlar hər gün durmadan artmaqdadır. Həkim səhlənkarlığı, korrupsiya, vətəndaşlardan xidmət qarşılığında pul istənilməsi, səhv diaqnoz və s. kimi mövzular ümumilikdə səhiyyənin hansı vəziyyətdə olduğunu əks etdirir. Səhiyyəylə bağlı bir çox şikayətlər DogruXeber.az informasiya agentliyində işıqlanmışdır. Bu dəfə bölgələrdən birində--Şabran rayonundan olan vətəndaş video vasitəsiylə redaksiyamıza Şabran Rayon Mərkəzi Xəstəxanasından görüntülər təqdim edib. şikayətçi bildirir ki, qeyd olunan xəstəxanada korrupsiya halları baş alıb gedir, həkimlər xəstələrə yalnız diaqnoz qoyurlar. Hətta bu yalnış diaqnozları həkimlər qəsdən qoyurlar ki, pasient ikinci dəfə onlara müraciət etsin. Hər müraciət qarşılığında xəstə əlavə maddi ziyana düşür. Bu iddialardan belə nəticə çıxır ki, həqiqətən də bölgədəki xəstəxanalar artıq baş həkimlərin şəxsi biznes obyektinə çevrilib. Adı xəstəxanada qeyd olunan işçilər əslində baş həkim tərəfindən işdən çıxarılır və onların maaş kartlarına yüklənən əmək haqları mənimsənilir. Bu kimi xəbərlər də redaksiyamıza daxil olmaqdadır. Tibb işçiləri xəstəyə pul qarşılığında xidmət göstərir, xəstə pul vermədikdə ona qarşı çox laqeyd münasibət göstərilir. Xəstələrin ümid mənbəyi olan həkimlərə artıq vətəndaşlar inanmaq istəmirlər. Çünki həkimlərin səhv diaqnozlarından, uğursuz və yalnış əməliyyatlarından, ciddi səhlənkarlıqlarından dünyasını dəyişən xəstələri gördükdə artıq digər xəstələr həkimlərimizə şübhə ilə yanaşırlar. Hətta bəzi insanlar bir neçə bu cür həkimləri cinayətkar belə adlandırırlar. Xarici ölkələrdə müalicə almaq üçün imkanı olmayan xəstələr isə çıxılmaz vəziyyətdədirlər. Bu özbaşınalıqdan Səhiyyə Nazirliyinin xəbəri yoxdurmu? Öz sağlamlığını həkimlərə etibar edən xəstələr bir çox həkimlərin gözündə sadəcə maddiyat kimi görünməməlidir. Həmin o xəstə kimlərinsə ən doğması və ya qohumudur. Həyatda yaşamaq uğrunda mübarizəyə davam etmək üçün öz səhhətlərindən narahat olanlar kimə etibar etməlidirlər? Bu özbaşınalığa səhiyyə nazirliyi çox səhlənkar yanaşır. Aidiyyatı qurumlar bu kimi ciddi problemlərə göz yumaraq hər şeyə ötəri yanaşırlar. Bunun nəticəsidir ki, həkimlər aşırı dərəcədə öz istədikləri kimi xəstəylə davranır, onların sağlamlığını bərpa etmək əvəzinə birbaşa həyatlarını təhlükəyə atırlar. Səhiyyə nazirliyi məhz belə hallartın yaşanmamasına nəzarət etməli, ciddi araşdırmalar aparmalı olduğu təqdirdə bunlara göz yumur və öz biganəliyini əsirgəmir.