Gündəm

Eldar Əzizov Bakı İH-də 3 qurumu ləğv etdi – Struktur islahatlarına başladı

Eldar Əzizov Bakı İH-də 3 qurumu ləğv etdi – Struktur islahatlarına başladı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov struktur islahatlarına başlayıb.

BakuPost-un məlumatına görə, struktur islahatları çərçivəsində Bakı şəhər İcra Hakimiyyətinin tabeliyindəki departament və idarə statusunda 3 təşkilat ləğv edilib.

Həmin təşkilatlarda çalışan əməkdaşlara hələ İcra Hakimiyyətinin tabeliyindəki digər təşkilatlarda işlə təmin olunub-olunmayacaqları bildirilməyib.

Bakı şəhər İcra Hakimiyyətinin yaxın iki gündə bu barədə geniş açıqlama yayacağı gözlənilir.