Gündəm

“Ona yalnız bunu arzulayıram, qalan hər şey Ramizdə var” – Cavanşir Quliyev

“Ona yalnız bunu arzulayıram, qalan hər şey Ramizdə var” – Cavanşir Quliyev
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bu gün çağdaş Azərbaycan ədəbiyyatının ən istedadlı şairlərindən olan Ramiz Rövşənin 72 yaşı tamam oldu. Yeni yaş münasibətilə şairi bir çox yaxın dostları, ədəbiyyat adamları, minlərlə oxucu təbrik etdi.
 
Şimali Kiprdə yaşayan tanınmış bəstəkar, musiqiçi Cavanşir Quliyev Moderator.az saytına açıqlamasında yaxın dostu olan şairi təbrik edib, ona can sağlığı,uğur arzulamaqla yanaşı, Ramiz Rövşən şəxsiyyəti barəsində də danışıb:
 
Mən böyük şairimizə can sağlığı və içindəki poeziya atəşinin heç bir vaxt sönməməsini arzulayıram. Yerdə qalan hər şey Ramizdə var”.
 
Vaxtilə Ramiz Rövşənin bir çox şeirlərinə mahnılar bəstələyən Cavanşir Quliyev gələcəkdə bu addımı yenidən atıb-atmayacağı barəsində sualı müsbət cavablandırıb. O, gələcəkdə yaxın dostunun şeirlərindən birinə musiqi bəsləmək ehtimalını olduğunu bildirib. Bəs, hansı şeirinə? –sualına cavabı isə maraqlıdır:
 
"Hər yaxşı şeirdən mahnı olmur… Mahnı üçün xüsusi şeir yazılmalıdır”.
 
Qeyd edək ki, şairin şe`rlərinə bəstəkar Cavanşir Quliyev də mahnı bəstələyib. "Ac həriflər” televiziyatamaşasında istifadə edilən "Allah bizim Allahdı” şe`rinə bəstələnən musiqi rep üslubunda ölkədə yazılan ilk nümunələrdən hesab olunur.