Gündəm

Putin Dmitri Kiselyova 3 dəqiqə vaxt verib…

Putin Dmitri Kiselyova 3 dəqiqə vaxt verib…
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Rusiya prezidenti Vladimir Putin tanınmış telejurnalist Dmitri Kiselyova düşünməyə 3 dəqiqə vaxt verib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Dmitri Kiselyov bu barədə "İşgüzar Krım”-a 5 il əvvəl "Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə direktor təyin edilməsi ilə bağlı müsahibəsində bildirib.

Kiselyovun sözlərinə görə, o bu posta təyin edilməyə razılığını 2013-cü ildə dekabrın 9-da Vladimir Putinlə görüşü zamanı verib.

"Mən dedim ki, "Düşünməliyəm”. O mənə düşünməyə 3 dəqiqə vaxt verdi. Sonra soruşdu: "Nə oldu düşündünüzmü. Əmr var, ona soyad yazmalıyam” – deyə Kiselyov bildirib.

"Rossiya seqodnya” Media qrupu RİA Novosti agentliyinin və "Qolos Rossii” radiostansiyasının bazasında qurulub.

İl ərzində Agentlik əhəmiyyətli uğurlara imza atıb. Agentliyin saytını gün ərzində 4 milyon nəfər ziyarət edir. 2014-cü ildə "Rossiya seqodnya” xüsusi bir brendi – "Sputnik”i təsis etdi.

"Qolos Rossii” hazırda FM dalğasında və internetdə gün ərzində 30-dan artıq dildə 800 saat yayımlanır” – deyə o əlavə edib.