Gündəm

ƏƏSMN-nin keçirdiyi “biznes lahiyə” tələsi Ağsu sakininin iddias

ƏƏSMN-nin keçirdiyi











 
 
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən biznesin genişləndirilməsi və vətəndaşların yaşayış durumunu yaxşılaşdırmaq məqsədilə keçirilən lahiyədə qaranlıq məqamlar üzə çıxdı. Belə ki,Ağsu rayon sakini Əliyev Süleyman Rəşid oğlu DogruXeber.az informasiya agentliyinə müraciət edərək bildirib ki, ƏƏSMN-i tərəfindən keçirilən biznes lahiyəsi adı altında ona verilən heyvanlardan narazıdır. İlk öncə onu qeyd edək ki, bu kimi hallar sosial mediada dəfələrlə yayımlanıb.

Rayon sakini qeyd edir ki, rayonda məşğulluq dairəsinə işlə bağlı müraciət etdiyində onun adını ƏƏSMN-nin keçirdiyi biznes lahiyəsinin siyahısına əlavə etmişlər. Şəxsin keçdiyi kursun nəzdində ona iribuynuzlu hər bir heyvanın 1500 AZN qiyməti olduğu haqqında sənədə imza çəkdiriblər. Lakin vəd olunan həmin qiymət qarşılığındakı heyvan əvəzinə qoca və fiziki qüsurlu, arıq və xəstə heyvanları veriblər. Vətəndaşa bu heyvanların dövlətə məxsus olduğunu və yalnız bu heyvanların ağartı məhsullarınından istifadə etmək hüququnun olduğunu qeyd ediblər. 
Xəstə heyvanların müalicəsini də öz cibindən ödəyən vətəndaş bu heyvanlardan xeyir götürmədiyini deyir. Kadrlardan da məlum olur ki, heyvanın bir gözü kor, digəri isə çox qoca vəı arıqdır. Hətta arıqlıqdan heyvanın qabırğaları belə görünür. Burada 1500AZN dəyərindəki heyvandan söhbət belə gedə bilməz. Buna bənzər şikayətçilərin bildirdiyi məlumata əsasən həmin o heyvanları rayon bazarından hər birini maksimum 400-500 manata almaq olar. 

Deməli dövlət büdcəsindən ayrılan vəsait külli miqdarda mənimsənilir. Şikayətçilərin dediklərinin doğru olduğunu nəzərə alsaq, deməli sənəddə qeyd olunan məbləğdən 3 dəfə ucuz və vətəndaşa demək olar ki, xeyirdən daha çox ziyanı olan heyvanlar təqdim edilir. Belə nəticəyə gəlmək olur ki, hər heyvandan minimum 900 manatdan çox pul mənimsənilərək aidiyyatı qurumlarda çalışan məmurların ciblərinə gedir. Ə liyev Rəşid onu da qeyd edir ki, bu məsələylə bağlı Ağsu Rayon İcra Hakimiyyətinə də müraciət edib. İcra başçısı ona cavabında "get kimə istəyirsən de, inəklərin şəklini çək paylaş, nə bilirsən et” deyib. 

Rayonun səlahiyyətli nümayəndəsi bu məsələyə biganə yanaşıb. İcra başçılarının bu cür mövqeyi vətəndaşların dövlətə qarşı qəzəbinə səbəb olur. Dövlət başçısı icra başısı vəzifəsinə təyin etdiyi adama vətəndaşların qayğısına qalmağı, onların problemlərini həll etməyini xüsusilə tapşırır. Bu tapşırıqlar olduğu halda bir çox icra başçıları vəzifəsindən sui istifadə etməyə başlayır. Bu kimi icra başçıları sırasına Ağsu rayon icra başçısını da əlavə etmək olar.
Əlacsız vəziyyətdə qalan vətəndaş redaksiyamız vasitəsiylə prezidentə müraciət edərək, ondan kömək istəyib.

DogruXeber.az