Gündəm

Dizel və benzin istehsalı artıb

Dizel və benzin istehsalı artıb
Cari ilin on ayında Bakıda dizel və benzin istehsalı artıb

Bu ilin yanvar-oktyabr paytaxtın neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 617,5 milyon manat olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 3,9 faiz çoxalıb.

Hesabat dövründə neft məhsullarından yanacaq mazutunun istehsalı 71,4 faiz azalıb. Avtomobil benzininin istehsalı 2,1 faiz, ağ neftin istehsalı 4,5 faiz neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 13,5 faiz, dizel yanacağı istehsalı 5,2 faiz, sürtkü yağlarının istehsalı 5,1 dəfə, neft bitumunun istehsalı 36,7 faiz, neft koksunun istehsalı isə 18,4 faiz artıb. Metbuat.az