kanal14.az
kanal14.az

''Lotu Quli''nin ailəsində üç gün üç gecə toy oldu - Məşhurlar pulsuz oxudu (VİDEO)

''Lotu Quli''nin ailəsində üç gün üç gecə toy oldu - Məşhurlar pulsuz oxudu (VİDEO)
29-11-2018, 14:14 178 dəfə baxılıb

''Lotu Quli''nin ailəsində üç gün üç gecə toy oldu - Məşhurlar pulsuz oxudu (VİDEO)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Azərbaycanlı ''qanuni oğru'' ''Lotu Quli''nin ailəsində toy mərasimi baş tutub.

Unikal.org həmin toyla bağlı maraqlı təfərrüatlar əldə edib. Belə ki, Nadir Səlifovun bacısı qızının Gürcüstanda möhtəşəm toy məclisikeçirilib. ''Lotu Quli''nin bacısı qızı Rusiyada tanınmış azərbaycanlı iş adamı Zakir müəllimin oğlu Samir bəylə ailə həyatı qurub.

Bu toydan öncə Bakıda dəbdəbəli nişan və toy mərasimi olub. Tbilisinin ən məşhur şadlıq saraylarının birində keçirilən toyda tanınmış müğənnilər Ədalət Şükürov, Samir Piriyev, Nazənin, Rüfət Axundov, Bahar Lətifqızı, Şəbnəm Tovuzlu, İbrahim Borçalı, Türkan Vəlizadə, meyxanaçılar Namiq Qaraçuxulu, Vasif Əzimov, Pərviz Bülbülə və tanınmış şairə Nazilə Səfərli iştirak edib. Adıçəkilən sənət adamları ''Lotu Quli'' kimi tanınan azərbaycanlı ''qanuni oğru'' Nadir Səlifova hörmət əlaməti olaraq bu toyda təmənnasız iştirak ediblər. Gürcüstanda keçirilən toyda ''qanuni oğru'' ''Lotu Quli''nin də iştirak etdiyi bildirilir. Şadlıq sarayının toy keçirilən zalında onun üçün xüsusi stol hazırlandığı bildirilir. Toyda şairə Nazilə Səfərlinin onun anasına yazdığı "Həccə gedən gözəl anam" şeiri və mahnısı səsləndirilib. Müğənni Şəbnəm Tovuzlu həmin mahnını səsləndirərkən Hacı xanım sənət adamlarına nəmər verib. Bundan sonra digər ziyafət iştirakçıları sənət adamlarını pul yağışına tutublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA