Gündəm

Şirkət tərəfindən onbir min manat pulu mənimsənildiyini deyən vətəndaşa,nazirliyin maraqlı təklifi / VİDEO

Şirkət tərəfindən onbir min manat pulu mənimsənildiyini deyən vətəndaşa,nazirliyin maraqlı təklifi / VİDEO
 
 
 
 
 
 
 
 
 
 
 

 

 Ölkə daxilində daha bir vətəndaşın hüquqları pozulmaqla bərabər işçi istismarı davam edir. Belə ki, Azərbaycanda böyük müəssisələrdən biri kimi tanınan Azərsun Holdingdə sürücü vəzifəsində çalışmış Muradov Aslan Adil oğlu DogruXeber.az informasiya agentliyinin redaksiasına şikayətlə bağlı müraciət etmişdir. Şikayətçi iddia edir ki, işlədiyi müddət ərzində ona əlavə iş saatlarına görə ayrılmış günlük 20 manat və yemək üçün də əlavə olaraq ödənməli olan 5 manat civarında məbləğ bir ildir ki,verilmir. Ay ərzində maaşdan əlavə olaraq 750 manat pul müdirləriŞərif Turan tərəfindənmənimsənilmişdir. Şikayətçi dəfələrlə müəssisə rəhbərinə və  müdirə bu barədə müraciətlər etsə də hər dəfəsində ona yalançı vədlər verilmiş və bir il boyunca onu aldadaraq sonradan işdən qovublar. Video materialda da göründüyü kimi, sürücünün idarə etdiyi firma maşınının xərcləri də maaş verilərkən onların hesabından tutulurmuş. Şikayətçinin iddiasına görə aylıq əlavə xərc limitini minimuma endirən müdir xərcləri işçilərin maaşından tutaraq özünə əlavə faiz qazandırmaqla məşğul olur. 2015-ci ilin noyabr aylarından 9 saatlıq iş qrafikindən əlavə olaraq 7-8 saat da artıq çalışdığını deyən vətəndaş bir il boyunca ona ödəniləcək məbləği hələ də əldə edə bilmir. İdarə etdiyi maşında ondan asılı olmayan səbəblərdən yaranan texniki problemlər, hətta bunun müəssisə tərəfindən qəsdən edildiyini deyən vətəndaş bildirir ki, digər firmalarda və şirkətlərdə bu kimi hallara rast gəlməyib. Kadrlarda da göründüyü kimi vətəndaş çox acizanə bir durumdadır. Sanki müəssisə rəhbəri öz milliyətindən olan bir insana deyil, düşmən bir ölkənin vətəndaşını əzirmiş kimi davranır. Bir insanı işçi olduğu təqdirdə müəyyən edilən iş saatından əlavə olaraq istismar edərək bütün sutkanı işlətmək də qanunvericilikdə yol verilməzdir. Üstəlik ezamiyyət pullarının da mənimsənildiyinin videokadrda eşidə bilərik. Iddiaçı bildirir ki, müəssisə rəhbəriylə hüquqlarının pozulduğu haqqında danışmaq istəyib, lakin onun katibiylə əlaqə yarada bilmişdir. Hətta ona bütün bunlar qarşılığında növbəti haqsızlığı etmiş olurlar. Belə ki, işdən şıxarılan vətəndaşın iki aydan sonra verilən trudavoyuna onun şəxsi imzası deyil, başqa məsul şəxsin imzası çəkilmişdir. Zərərçəkən bunu trudavoyu aldıqdan 15 dəqiqə sonra aşkar etmişdir. Lakin geri qayıdıb buna etirazını bildirmək istəsə də onu binaya girməyə qadağa qoymuşlar və vəsiqəsinin əlindən aldığını bəhanə edərək şikayətinə məhəl qoymayıblar. Vətəndaşın icazəsi olmadan onun yerinə hər hansı bir sənədə imza atmaq ciddi qanun pozuntusu və şəxsin hüquqlarının aşırı dərəcədə tapdalanması deyilmi? Bir insanı bu şəkildə heçə saymaq, aşağılamaq heçkəsin haqqı deyil, nə də ki qanun buna icazə vermir. Lakin vətəndaşın başına gələnlər azmış kimi, daha bir iyrənc situasiyayla qarşılaşır. Məsələnin həlli yolunu Əmək  Əhalinin Sosial Müdafiəsi Nazirliyi-ndə tapacağına ümid edən Muradov Aslan 2016-cı ildə keçmiş nazir Səlim Müslümovun qəbuluna gedir. Nazirlə şəxsən görüşdüyünü deyən zərərçəkən Azərsun Holdinqin məktublarını və digər sənədləri də keçmiş nazirə təqdim edir. Səlim Müslümov onun gətirdiyi sənədlərə baxaraq assisentini çağırıb bu işlə məşğul olmağı şəxsən tapşırır. Asissentin otağında ona ərizə yazmağı tapşırırlar və ərizəni yazarkən vətəndaşa Azərsun Holdingin ona nə qədər pul ödənməli olduğu haqqında sual verirlər. Vətəndaşsa qarşılığında ödəniləcək məbləğin 11000 manat olduğunu deyir. Növbəti oyun burada başlayır. Onsuz da acizanə durumda olan vətəndaşa 8000 manat qarşılığında bu işi həll edəcəklərini vədd edirlər. Vətəndaş razı olmur və az sonra bu məbləğ 5000 manatla əvəz olunur. Zərərçəkən iddia edir ki, hətta nazirliyin əməkdaşı 5000 manat rüşvət qarşılığında Azərsun Holdingin ona ödəməli olduğu 11000 manat məbləği dollarla da ala biləcəklərini vəd edir. Hər yerdən ümidi kəsilmiş, əlacsız vətəndaş isə ümumiyyətlə bu qədər pulunun olmadığını deyir. Əvəzində holdingdən alacağı puldan nazirlik əməkdaşının təklif etdiyi məbləği ödəyə biləcəyini deyib. Ancaq onunla heç kəs nazirlikdə razılaşmayıb. əlacsız ərizə yazmaqla kifayətlənən vətəndaşa nazirlikdən 3 aydan sonra məktub gəlir və orada zərərçəkənin günahkar olduğu, qanundan kənar davranışlarının olduğu qeyd edilir. Məsələnin ağrılı tərəfi vətəndaşımızın bu cür çətin vəziyyətdə qalması, ondan daha şiddətli ağrılı tərəfi isə vətəndaşın sığınaraq müraciət etdiyi və yeganə ümid mənbəyi olan Əmək  Əhalinin Sosial Müdafiəsi Nazirliyi-də ondan rüşvət istəmələridir. Rüşvət bu qədərmi yuxarı dairələri öz çirkab rənginə bulamışdır? Dövlət başçısının korruipsiyanın qarşısı alınması yolunda göstərdiyi səylər nazirlikdə keçərli deyilmi? Xalqın inam göstərdiyi nazirlikdə belə rüşvətin tələb olunması birbaşa dövlət başçısına qarşı çıxmaq və ona xəyanət etmək deyilsə bəs nədir? Bu cür ifrat dərəcədə çirkli və ürəkbulandırıcı halların baş verməsilə günahsız vətəndaşlar əziyyət çəkirlər. Zərərçəkən Muradov Aslan Adil oğlu ona ödənilməli olan məbləği əldə edə bilmir.

 

P.S. Qeyd olunan məsələ ilə bağlı Azərsun holdinq şirkəti ilə telefon əlaqəsi saxlayıb,vətəndaş Muradov Aslan Adil oğlunun redaksiyamıza etdiyi müraciətinə aydınlıq gətirmələrini xahiş etdik. Şirkətin məhsul işçisi Afiq Səfərov vətəndaş A.Muradovun müraciəti ilə bağlı şirkətə yazılı müraciət etməyimizi bildirdi. Belə də etdik. Elektron məktub yazmaqla yanaşı şikayətçi olan vətəndaşın video müsahibəsini də tanış olmaları üçün göndərdik. Təəssüflər olsun ki,üzərindən bir aydan çox keçsədə Azərsun holdinq şirkəti müraciətimizə cavab vermədi. Böyüklük bizə qalsın deyə şirkətin məsul işçisi Afiq Səfərovla yenidən telefon əlaqəsi saxladıq. A.Holdinqin səlahiyyətli nümayəndəsi olan Afiq Səfərov məsələyə bu cür cavab verərək bildirdi ki,vətəndaşın dedikləri yalandır vəsalam !

 

P.S. Biz kimin düz, kimin yalan olduğunu deyə bilmərik amma onu deyə bilərik ki, od olmasa tüstü çıxmaz..!