Gündəm

Özünü ağıllı hesab edən baş həkim ağzından buraxdığı quşları onun üçün çalışan saytlar dərc etdilər..!! Video

Özünü ağıllı hesab edən baş həkim ağzından buraxdığı quşları onun üçün çalışan saytlar dərc etdilər..!! Video











 

 

Ötən gün Azərbaycan mətbuat şurasının binasında keçirilən şikayətlər üzrə komissiyanın iclasında mən Kamal Əsgərov DogruXeber.az informasiya agentliyinin rəhbəri olaraq iştirak etdim. İclasda iştirak etməyimin səbəbi o idi ki, Şirvan şəhər əlillərin regional bərpa mərkəzinin baş həkimi Könül Abbasova haqqında saytımda gedən, bir neçə yazı ilə bağlı idi. Əslində onu qeyd edim ki, yazıda heç də qərəzli bir mövqe nümayiş olunmayıb, sadəcə həqiqətləri əks etdirən yazılar yazılıb. Bu yazılar Baş həkimin nifuzuna xələl gətirdiyini düşündüyü üçün mətbuat şürasına şikayət məktubu ilə müraciət edib. Doğrudur mən buna qarşı deyiləm əksinə bu addımı alqışlayıram amma !! Burada onun ammasını kiçikdə olsa izah etmək istərdim. Doğrudur baş həkim K.Abbasova haqqında saytımda gedən bir çox yazıdan sadəcə ikisi əsaslı müraciət məktubu ilə göndərilən yazı olmasına baxmayaraq, qalan bütün yazılar öz araşdırmamdan sonra qələmə aldığım yazılardır. Nəzərinizə onuda çatdırım ki, əsaslı göndərilən yazı dedikdə onu açıqlayım ki, redaksiyamıza daxil olan Şirvan şəhər əlillərin regional bərpa mərkəzinin işçi kollektivi məktub ilə və eyni zamanda video müsahibə çarxı hazırladıb bizə göndərmişdilər. Mən K. Əsgərov şəxsən göndərilən məktub bağlı bərpa mərkəzinin baş həkimi K.Abbasovanın qarşı tərəf olaraq münasibət bildirməsi üçün telefon əlaqəsi saxladım. Amma təəssüflər olsun ki, bərpa mərkəzindən mənə münasibət bildirməkdən imtina etdilər. Sonra biz həmin yazıları işıqlandırdıq və yenə də hörmət əlaməti olaraq alt yazıda qeyd etdik ki, qarşı tərəfi dinləyib mövqelərini dərc etməyə hazırıq. Nə isə keçək əsas məsələyə. Yuxarıda qeyd etdiyimiz kimi iki yazi bizim redaksiyaya göndərildiyi zaman sonradan digər saytlara da göndərildiyi xəbərini eşitdim. Bir gün ərzində həm mənim, həm də digər saytlarda yayımlanan bərpa mərkəzi ilə bağlı xəbər, ertəsi gün digər saytlardan silindiyini gördüm. Doğrusu nə baş verdiyini hələ bilmirdim sonradan telefonuma zəng gəldi açdıqda, adını hələ ki, qeyd etmirəm sayt rəhbəri olduğunu bildirdi. Mənə bərpa mərkəzi ilə gedən yazını saytımdan silməyimi xahiş etdi. Açığını deyim ki,kimliyindən asılı olmayaraq mənə müraciət edən də ki, saytından hansısa xəbəri sil tam səmimi deyirəm həmin insandan acığım gəlir. Doğrudur deyərsiniz ki, həmkar olanlar bir-birindən bu cür məsələlərdə hər hansı bir informasiya barədə xahiş edirlər. Bunu bilirəm nəsə bu barədə çox danışıb sizi yormaq istəmirəm keçək əsas məsələyə. Sözü gedən informasiyanı silən saytlar daha sonra bərpa mərkəzinin baş həkimi K.Abbasovanın mövqeyini saxlamağa start verdilər. Doğrudur bunu başa düşmək elə də çətin deyil, amma üzərindən keçirəm və əsas nüansları üzə çıxarmaq isdərdim. Gəlin görək nələr baş verdi ..! Nəzərinizə onu da çatdırım ki, saytlardan silinən zaman mən hörmət etdiyim bir həmkar yoldaşım mərkəzin baş həkiminin xahişini mənə çatdırıb bildirdi ki, baş həkim hörmətini etməyə hazırdır,saytından onun barəsində gedən yazını silə bilərsən ? Mən həmkar yoldaşımın sözünə dəyər versəm də,amma bu təklifi qəbul etmədim və sağ olsun ki, məni düzgün başa düşdüyü üçün məsələyə bir daha qayıtmadı. Gəlin biraz da maddiata aldanan saytın dünən yaydığı informasiya barədə az da olsa bəhs edək. Bərpa mərkəzinin baş həkimi gedən informasiyada qeyd edib ki, güya barəsində gedən xəbəri yayımlayan saytlar müxalif yönlüdür. İnsanın ağzından çıxan sözə görə gərək əlində bir əsası olsun,əks halda o insan belə görünür ki, nə danışdığını heç özü də anlamır. Düşünməyin ki, mənə nəsə təsir edib yox əsla, bunu deməkdə məqsədim odur ki, bəzi özünü savadlı və ağıllı sananlar işlətdikləri ifadənin əsl mahiyyətini anlasalar bu heç də pis ifadə deyil. Gəlin daha da açıq danışaq bu gün bərpa mərkəzinin rəhbəri itdiham edir ki, bizim sayt müxalif yönlüdür. Baxın bu insanlarda necə bir fikir formalaşıb ki, barəsində həqiqəti təsdiq edən bir yazı gedən kimi həmin mənbəni müxalif adlandırırlar. Bu sizcə doğrudurmu ? Digər bir tərəfdən məsələyə başqa cür yanaşaq görək ümumiyətlə müxalif dedikdə nə başa düşülür. Açığını deyim ki, redaksiyamıza müraciət edənlər arasında xeyli sayda insanlar YAP-ın üzvü olduqlarını qeyd ediblər əmin olmaq istəsəniz bizim youtube kanalımızı izləyin hər şeyi öz gözlərinizlə görəcəksiniz. Youtubedəki kanalımızın yazılışı bu cürdür MUM.TV izləyin və şahid olun. Bunu deməkdə heç də reklam xarakterli olsun deyə düşünməyin sübut üçün dedim. Keçək fikrimizin davamına bunları ona görə deyirəm ki, YAP-ın üzvü ola- ola partiyanın prinsiplərinə və nüfüzuna xələl gələn çıxışlar edirlər bəs onda bunlara nə adını verək? siz deyin. Amma mən öz fikrimi qısa da olsa ifadə etmək isdəyirəm ki, hər kim olursan ol bu hakimiyyət rəhbəri sənə hər hansı bir vəzifəni həvalə edibsə, onu laiqincə idarə etməlisən. Əgər işlədiyin sahədə fərq etməz böyük və yaxud kiçik olsun nöqsana yol verirsənsə, mən belə düşünürəm ki, dövlətə və ən başlıcası hakimiyyətin rəhbərinə xəyanət etmiş olursan. Əziz oxucularımız indi gəlin görək 20-dən çox işçi kollektivinin haqlarını pozan və onlara qarşı haqsızlıq edən müəssisə rəhbəri müxalif yönlüdür yoxsa hüquqları pozulmuş insanların imdadına yetişib onların haqlı tələblərini ölkə rəhbərinin diqqətinə çatdıran DogruXeber.az informasiya agentliyi haqlıdır ?

Fikirlərimiz bitmədi ,davamını edəcəyik. Hələlik bu günlük bu qədər bəs edər, məncə gələn mövzularımızda toxunacağımız məsələlər bunlar olacaq. Kimlər verilən vəzifədən sui istifadə edir, kimlər dövlətinə və hakimiyyətinə sadiqdir,kimlər isə qeyd etdiklərimizə qarşıdır bunları çalışdığımız qədər əsaslandıraraq,sizlərin diqqətinə təqdim etməyə çalışacağıq.

K.Əsgərov