Gündəm

Qarabağ müharibə veteranının həyat yoldaşına qarşı baş həkimin haqsızlığı !! Video

Qarabağ müharibə veteranının həyat yoldaşına qarşı baş həkimin haqsızlığı !! Video











 

 

Şirvan şəhər əlillərin regional bərpa mərkəzinin baş həkimi Könül Abbasovo tərəfindən daha bir haqsızlığa məruz qalmış işçi nələrin üstünü açdı ?

Ötən bir neçə gün öncə DogruXeber.az informasiya agentliyində Şirvan şəhər əlillərin regional bərpa mərkəzində baş verən hadisələr barədə məlumat vermişdik. Bu gün barəsində danışacağımız şəxs 13 il sözü gedən bərpa mərkəzində anbar müdiri vəzifəsində çalışmış Bədəlova Nailə Oruc qızı olacaq. İlk öncə qeyd etmək istəyirəm ki, mən DogruXeber.az informasiya agentliyin baş redaktoru Kamal Əsgərov hələ Şirvan şəhərində olduğum vaxt bir neçə şikayətçilərin müraciətlərinə əsasən yaşadıqları ünvana gedib dərdləri ilə yaxından tanış olmuşdum. Həmin dərdli sakinlərdən birincisi olan ailə ilə həmsöhbət olduqda bir anlıq düşündüm ki,görəsən bir insan vəzifəyə təyin olunanda ilk öncə düşündüyü nə olur ? Bu düşüncəmi ifadə etməkdə əsas amalım heç də vəzifədə olanları aşağılamaq deyil əksinə bunun əsas mahiyyətini anlayıb anlamamaqdan biraz bəhs etmək isdərdim. Doğrusunu desək ölkə prezidenti cənab İlham Əliyev müşavirələrdə hər zaman məmurlara ilk öncə xatırladır ki, biz xalqın xidmətçisiyik. Bu ifadə qürur verici bir ifadədir, çünki bu cümlədə böyük məna var anlayan üçün!! Gəlin bir nəzər salaq görək dövlət orqanlarına təyin olunan məmurlar bucürdülərmi ? Mən K.Əsgərov heçdə mövzumuzdan kənara çıxmadan kiçik bir araşdırmamı sizlərlə bölüşəcəm. Qeyd edim ki,Şirvan şəhər əlillərin regional bərpa mərkəzində olduğum vaxt mərkəzin daxilində işçi- müdir münasibətlərinin necə olduğu barədə işçi kollektivi ilə qısa bir sorğu keçirdim. İlk öncə düşünürdüm ki,yəqin redaksiyamıza müraciət ünvanlayanlardan başqa işçilər çox güman ki,onlardan fərqli olaraq mərkəzin baş həkimindən razılıq edərlər. Amma görüb eşitdiklərim məni çaş-baş salmışdır bir anlıq zənn etdim ki, yəqin görüb eşitdiklərim bir yuxudur!! Xeyir bu heçdə yuxu yox əsil həqiqət imiş. Düşünürsünüz ki, görəsən işçi kollektivi nə deyib ki, bu qədər mənə təəcüblü gəlib. Bəli işçi kollektivindən soruşanda ki, baş həkim sizlərə təhqiredici ifadələr işlədir ? Bəli deyə cavab verdilər və sonra mən olardan soruşdum ki, daha nə kimi narazılıqlarınız var dedikdə, hamısı bir səs ilə qeyd etdilər ki,bayram pullarımızı əlimizdən alır və hazırda bu gün müqəddəs Ramazan ayı münasibəti ilə dövlət tərəfindən ayrılmış bayram pullarını geri alır. Onlara bildirəndə ki, bəs nəyə görə narazıçılıq etmirsiniz verdikləri cavab məni çox üzdu. Ay qardaş nə deyə bilərik axı evlərimizdə durumumuz o qədər ağırdı ki, məcbur qalıb danışa bilmirik və birdə ki, danışsaq nə edə bilərik !! Halbuki,danışan 13 işçini işdən azad etdi bir insan baş həkimə gözün üstdə qaşın var demədi .İndi də bir neçə işçilərimiz narazıçılıq edir onları da işdən çıxartmaq ilə hədələyir. Bir qədər sonra baş həkim Könül Abbasova gəldi və məni otağına qəbul etdi. Bir qədər iş fəaliyyətindən danışan baş həkim K.Abbasovadan işçi kollektivinin narazı olduqları barədə soruşanda özünə tərz cavab bildirdi. Sanki müəssənin rəhbəri nə dedisə,oda olmalıdır istər qanuni olsun istər qanunsuz hə!! burda qayıdaq yuxarıda bəhs etdiyimiz anbar müdiri çalışmış B.Nailə Oruc qızının işdən hansı səbəbə görə azad edilməsinə. 13 il bərpa mərkəzində anbar müdiri vəzifəsində nöqsansız çalışan B.Nailə xanım qeyd edir ki,2017-ci ilin iyun ayında bərpa mərkəzinə baş həkim vəzifəsinə təyin olunan K.Abbasova gəldiyi gündən bir neçə gün sonra mərkəzi təmir etdirməyə başladı. Təmir zamanı kənardan təmirə cəlb etdiyi usta və fəhlələrin yemək qidalarını anbardan verməyimi tələb etdi və məndə ona bildirəndə ki,bu axı qanunsuzdur xəstələrin yeməyi mənim üçün əskik gələcək bəs onda nə edəcəm dedikdə. Mənə bildirdi ki, sən özün təmin etməlisən, yoxsa işdən qovaram onda bilərsən.! Hətta "mənə anbarda olan soyuducunun təmiri, anbar üçün tərəzi, həmçinin vintiliyator və sair avadanlıqları öz vəsaitim hesabına almağı məndən tələb edirdi.” Bu barədə ətraflı video çarxda izləyəcəksiniz ki , bundan sonra B.Nailə Oruc qızını işdən necə azad etdi.! Bir şeyi qeyd edim ki, əvvəl başlanğıcda qeyd etmişdim ki, ölkə prezidentinin etimadina laiq olmayan hər hansı bir məmur vəzifəsində oturan şəxs, işində hökmüranlıq edib vətəndaşın mövqeyin alçaldır və onları əzdikdə bu o deməkdir ki, ölkə vətəndaşını prezidentdən narazı salmaq kimi düşüncələrə gətirib çıxarır. Biz onun üçün ilk öncə ölkə prezidenti cənab İlham Əliyevin hər zaman vurğuladığı ifadəni qeyd etdik ki, məmur xalqın xidmətçisidir. Görünür Şirvan şəhər əlillərin bərpa mərkəzinin baş həkimi Könül Abbasova bunu özünə aid etmir. Bir məsələni də qiqqətinizə çatdırım ki, hüquqları pozulmuş B.Nailə Oruc qızı Qarabağ müharibəsi zamanı laiqli döyüşüb vicudunun sağlamlığının yarısını döyüşdə itirən 2-ci qrup əlil Bədəlov Seymur Adil oğlunun həyat yoldaşıdır.

Bu hələ son deyil, gələn buraxlışlarımızda bəhs edəcəyimiz mövzular olacaq.! Hansı işçiyə təziq oldu ki, get səhfini düzəlt ki, sənin vəzifəni artırım, hansı işçini işdən çıxartmaqla hədələyib yarım aklada keçməsini tələb etdi və sair. Ardı var bizi izləyin..!

K.Əsgərov