Gündəm

Əlillərin regional bərpa mərkəzinin baş həkimi Könül Abbasovanın səs yazısı üzə çıxdı..! Nələri dedi ?

Əlillərin regional bərpa mərkəzinin baş həkimi Könül Abbasovanın səs yazısı üzə çıxdı..! Nələri dedi ?











 

 

Bu gün bəhs edəcəyimiz mövzu günlərdir gündəmi zəpt edən Şirvan şəhər əlillərin regional bərpa mərkəzinin baş həkimi Könül Abbasova barədə olacaq.

DogruXeber.az xəbər verir ki,bir neçə gün öncə daha bir Şirvan şəhər əlillərin regional bərpa mərkəzinin baş həkimi K.Abbasova tərəfindən haqsızlığa məruz qalaraq işdən qovulan işçinin müraçiəti redaksiyamıza daxil olmuşdur. Müraciət daxil olduqdan sonra şikayətçi ilə görüşüb dərdləri ilə yaxından tanış olduq. Qeyd etmək istərdim ki,ötən yazılarımızda barəsində bəhs etdiyimiz bərpa mərkəzinin baş həkimi K.Abbasova bu dəfə də vətəndaşın hüquqlarını kobud səkildə pozması və dövlət müəssisə rəhbəri kimi yox ,sanki özəl şirkət rəhbərini xatırladan jestlərlə davranışını səs yazısında açıq şəkildə görmək olur. Bu onu deməyə əsas verir ki, baş həkim vətəndaşlara dediyi sözlərin həqiqət olduğunu sübut edir. Söhbət hansı sözlərdən gedir onu sizlərin diqqətinizə çatdırırıq. Redaksiyamıza müraciət edən bərpa mərkəzinin işçi kollektivi müraciətlərində qeyd edirdilər ki, "baş həkim K.Abbasova bizə bildirir ki, mən nə dedim o da olmalıdır! mənim prezident aparatında adamım var, bir knopkaya Şirvan şəhərini bir-birinə qataram deyə hər zaman bizi hədələyirdi.” Əziz oxucularımız görünür bu cür müəssisə rəhbərləri hər hansı bir himayədarlarına arxalanmaqla böyük yanlışlığa yol verirlər. Çünki bu çür davranışlar vətəndaşı hakimiyyət ilə qarşı-qarşıya qoyan amillərdən biridir. Bu barədə "KİV”-də yetərincə məlumatlar dərc edilib, güman edirik ki, aidiatı orqanlar tez bir zamanda sözü gedən bərpa mərkəzindəki narazıçılıqları obyektiv araşdırıb məsələyə ədalətli bir qərar verərlər. 

K.Əsgərov