Tiflisin mərkəzində atışma olub, yaralılar var
Gürcüstan paytaxtı Tiflis şəhərinin mərkəzində yerləşən "Meydan” restoranı yaxınlığında atışma olub.
"Report”un Gürcüstan bürosu xəbər verir ki, ötən gecə baş verən insident zamanı 2 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin Gürcüstan prezidentinin kürəkəninin dostu Tornike Kaçaravanın qardaşı olduğu bildirilir.
Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır. İnsidentin detalları barədə əlavə məlumat verilmir.