Gündəm / Siyasət

Qarabağda 1616 erməni cəsədi TAPILIB

Qarabağda 1616 erməni cəsədi
Bu gün işğaldan azad edilmiş Füzuli rayonu ərazisində aparılan axtarış işləri zamanı daha bir erməni əsgərin cəsəd qalıqları tapılıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, cəsəd əvvəlcə Xankəndiyə aparılıb. Oradan isə şəxsiyyətini müəyyənləşdirmək üçün Ermənistana göndəriləcək.

Beləliklə, döyüş əməliyyatları bitdikdən sonra – 10 noyabr 2020-ci il tarixdən bəri Qarabağın Azərbaycanın nəzarətinə keçən ərazilərində 1616 erməni cəsədi tapılıb və ya Ermənistan tərəfinə verilib.