Gündəm / Siyasət / Cəmiyyət / Hadisə / Sosial / Foto

Bayrağın qoyulduğu yerə ayağını qoyan məmur kimdir? - ŞOK OLAY !!!

 qoyulduğu yerə ayağını qoyan məmur kimdir? - ŞOK OLAY !!!
Kanal14.az: - Şəkildə gördüyünüz müqəddəs bayrağımızın yer aldığı masanın üstünə ayağını qoyan Şamaxı rayon "Çaylı" kənd bələdiyyəsinin 28 yaşlı sədri Səmədzadə Saməddin Nüsrəddin oğludur.

Yəqin ki, artıq sosial şəbəkə istifadəçiləri tanımış olar. Çünki, bu cür saymazlığı ilə Saməddin bəy sosial şəbəkələrdə və sosial mediada əməllicə "məşhurluq qazanıb".

Belə ki, bəzi media nümayəndələri sosial şəbəkələrdə Saməddinin bayrağımızı təhqir etməsi barəsində məlumat və həmin məlumatların doğruluğunu sübut edən bu fotoları paylaşıblar.

 qoyulduğu yerə ayağını qoyan məmur kimdir? - ŞOK OLAY !!!

 qoyulduğu yerə ayağını qoyan məmur kimdir? - ŞOK OLAY !!!

 qoyulduğu yerə ayağını qoyan məmur kimdir? - ŞOK OLAY !!!


Fotolarda da aydın görünür ki, Səmədzadə Saməddin minlərlə igidlərimizin uğrunda canını verdiyi, olduğu yerdə baş qoyduğu bayrağımızın olduğu masaya, minlərlə qeyrətli igidlərimizdən fərqli olaraq ayağını qoyub.

Gənc bələdiyyə sədri Saməddin Səmədzadənin hərbi xidmətdə olub-olmaması (olubsa da harda, necə xidmət etməsi) barədə bir məlumatımız yoxdur.

Amma, "təqdirəşayan" oturuşu bayraq uğrunda ölən və öldürülənlərdən bixəbər olduğu və Vətən müharibəsində iştirak etmədiyi qənaətinə gəlməyimizə əsas verir.

Media nümayəndələri iddia edir ki, Saməddinin bayrağımıza qarşı bu hörmətsizliyi ilk dəfə deyil.

Maraqlısı odur ki, deyilənə görə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov da məsələdən xəbərdardır və nədənsə gənc bələdiyyə sədri barəsində heç bir tədbir görməyib.

Deyirsiniz "bələdiyyə ayrı qurumdur?".

Yox. Yeri gələrsə biz onların bir məzhəbə qulluq etmələrini sübut edən materiallarımızı da təqdim edə bilərik.

Məsələn: Rayonlarda satdıqları torpaqların pulu bələdiyyə sədrlərinin "tək boğazından keçmir". "Anca bərabər..." "dost"ları olan İcra başçısı ilə "hər tikələrini yarı bölürlər". Ordan 3-5 manat da icra nümayəndəsinə "görüm-baxım" edilir.

Yox biz tam demirik ki, Tahir Məmmədov da Saməddin Səmədzadə ilə "qarın qardaşıdır". Misal çəkdik sadəcə.

Güman edirik ki, Saməddin Səmədzadə etdiyi böyük səhvə görə tezliklə aidiyyatı qurumlar tərəfindən cəzalandırılar...

Məsələ diqqətimizdədir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az