kanal14.az
kanal14.az

İsrail Birləşmiş Ərəb Əmirliklərinə ilk dəfə səfir təyin etdi

26-07-2021, 14:35

İsrail Birləşmiş Ərəb Əmirliklərinə ilk dəfə səfir təyin etdi
Kanal14.az:
- İsrail Amir Hayeki Birləşmiş Ərəb Əmirliklərinə ilk dəfə səfir təyin edib.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb. İsrailin xarici işlər naziri Yair Lapid BƏƏ-yə təyin olunan səfirin iqtisadiyyat və turizm sahəsində kifayət qədər təcrübəsinin olduğunu əsas gətirərək, onun iki ölkə arasında güclü körpü quracağını əmin olduğunu bildirib.

Hayek də öz növbəsində məsələyə münasibət bildirərək, ona göstərilən etimada görə təşəkkür edib.

Qeyd edək ki, Otellər Birliyinin prezidenti vəzifəsində çalışan 58 yaşlı Hayek əvvəllər Sənaye və Ticarət Nazirliyinin baş direktoru və İsraildəki İstehsalçılar Federasiyasının baş meneceri vəzifələrini icra edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA