kanal14.az
kanal14.az

"Mərcan broyler" MMC- nin bir qrup işçiləri etiraza qalxdı... - FOTO

26-07-2021, 11:35


"Ucar Aqro" MMC (Mərcan broyler) 8 nəfər gözətçisini işdən çıxarıb.

Bu barədə DogruXeber.az-ın elektron ünvanına işdən çıxarılan şəxslər tərəfindən məlumat göndərilib.

Belə ki, müraciət edən şəxslərin bildirdiyinə görə çalışdıqları "Mərcan broyler" MMC müqavilələri başa çatan əməkdaşların müqavilələrini yeniləməkdən imtina edib.
Səbəb isə onu göstərib ki, ixtisarlar var. Lakin, yeni müqavilələr bağlanıb, yeni əməkdaşlar işə alınması faktı da işdən çıxarılan işçilərin nəzərindən qaçmayıb.

Redaksiyamıza müraciət edən şəxslər daha bir iddiası ilə da diqqət çəkir.

Onların sözlərinə görə təqribən bir ay əvvəl sözügedən MMC-dən çəkisi 3 kq olan boru yoxa çıxıb. Rəhbərlik isə bunun ciddi nöqsan olduğunu, bu səbəbdən onların işdən çıxarılacağını bildirib. Gözətçilər nəzarət kameralarına baxılmasını və məsələyə aydınlıq gətirilməsini tələb etsələr də onların bu tələbi rəhbərlik tərəfindən qəbul edilməyib.

Buna görə də işdən çıxarılan gözətçilər həmin borunun məhz rəhbərlik tərəfindən götürüldüyünü, onların işdən çıxarılması üçün əsassız bəhanə olduğunu iddia edirlər.

Vətəndaşların müraciətini olduğu kimi təqdim edirik:

""Mərcan Broyler" MMC-nin işçiləri tərəfindən:

MÜRACİƏT

Biz bu müraciətin müəllifləri olan vətəndaşların əmək hüquqlarımız pozulub qanunsuz olaraq işlə, çörəklə imtahana çəkilirik.
Belə ki, biz Ucar rayon ərazisində olan "Mərcan Broyler" MMC-də müəyyən müddətdir ki, nəzarətçi vəzifəsində işləyirik.

Rəhbərlik bizə xəbərdarlıq edib ki, müddəti bitdikdə sizinlə təkrar əmək müqavilə bağlanmayacaq.Artıq 2 nəfər buna görə işsiz qalıb. Biz bunun səbəbini soruşduqda izahı belə verilir ki, ixtisar var.Ancaq heç bir iş ixtisarı yoxdur.Çünki hazırda əmək müqaviləsi bağlanılıb yeni şəxsləri işə qəbul edirlər.

Əslində isə heç bir qanunu əsas olmadan bizi işdən çıxarmağı hansısa vəzifəli şəxs qarşısına məqsəd qoyub.

Belə ki, təxminən bir ay öncə Mərcan Broylerdə soyducunun üzərində çəkisi 3 kq olan mis boru yoxa çıxdı.Buna görə rəhbərlik bizə bildirdi ki, bu sizin üçün ciddi nöqsandır işdən çıxarılacaqsınız.Biz etiraz edib bildirdik ki, ərazidə olan müşahidə kameralarına baxılsın həmin mis boru kimin tərəfindən götürülməsi müəyyən olunsun və hüquq mühafizə orqanları trəfəindən qanunu tədbirlər görülsün.Ancaq rəhbərlik bunu etmədi.

Bizə məlum oldu ki, bunuda rəhbərlik özü şəxsən edib ki, buna əsasən bizi işdən çıxarsın.

Bundan sonra rəhbərlik bizi çağırıb xəbərdarlıq etdi ki, əmək müqavilınizin vaxtına az qalıb sizinlə yenidən əmək müqaviləsi bağlanmayacaq.

Biz bunu ədalətsizlik və qanunsuzluq hesab edirirk.Çünki "Mərcan Broyler" MMC -də işlədiyimiz müddətdə heç bir nöqsana yol verməmişik, rəhbərliklə və kollektivlə mehriban münasibətdə olmuşuq, verilən tapşırıqları layiqincə yerinə yetirmişik.

"Mərcan Broyler" MMC-nin rəhbrliyi bizə bildirir ki, sizinlə əmək müqaviləsinin təkrar bağlanmamasına tapşırığı baş idarə verib.
Buna görə biz mətbuat vasitəsi ilə sizə müraciət etməyi qərara aldıq.

Bu müraciəti imzalayan Zamanov Seymur Məhərrəm oğlu 8 ildir "Mərcan Broyler" MMC-də nöqsansız işləyir əmək müqaviləsinin müddəti 25 iyul 2021-ci ildə qurtarır himayəsində 2 uşağı var.Bacısı oğlu Cabbarov Oruc Akif oğlu vətən müharibəsində şəhid olub.
Qədirov Yasin Qədir oğlu 1 il 8 aydır ki, işləyir əmək müqaviləsinin müddəti bu ayın sonunda başa çatır himayəsində 2 uşağı var,
Hüseynov Ağahüseyn Ağahüseyn oğlu 3 ildir işləyir əmək müqavilısinin müddəti sentyabr ayında qurtarır himayəsində 2 uşağı var.
İsmayılov Kamran Etibar oğlu 3 ildir işləyir əmək müqaviləsinin müddəti 24 avqustda tamam olur himayəsində 2 uşağı var.
Qədirov Mansur Səfiqulu oğlunun əmək müqavilısinin müddəti 26 avqustda qurtarır himayəsində 2 azyaşlı uşağı var.
Həsənov Mikayıl İsrayıl oğlu 1 il 4 aydır işləyir himayəsində 1 azyaşlı uşağı var.

Əhədli Muxtar Şakir oğlunun əmək müqavilısinin müddəti 14.07.2021-ci il tarixdə bitdiyi üçün onunla yenidən müavilə bağlanılmadı.İndi hazırda işsiz qalıb ancaq onun əvəzinə başqa şəxsə əmək müqaviləsi bağlanılmışdır.Əmisi Məmmədov Fikrət Əhəd oğlu 1-ci Qarabağ müharibəsində şəhid olub.

Nəsirov Yadigar İlqar oğlununda müddəti bitsədə onunla yenidən əmək müqaviləsi bağlanılmadı onun əvəzinə başqa şəxs işə qəbul ediblər.Himayəsində 1 azyaşlı uşağı var.Biz bilirk ki, belə qanunsuzluqlardan prezident cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın xəbəri yoxdur.

Çünki çoxlusayda ailə başçısının işindən etmək çörəksiz qoymaq ciddi qanunsuzluqdur özbaşınalıqdır.

Bizim himayəmizdə azyaşlı uşaqlarımız var, ailədə bizdən başqa işləyib evə çörək gətirən yoxdur.

"Mərcan Broyler" MMC-nin rəhbərliyinin bu addımı çoxlusayda ailəni aclıqdan məhv etməkdir.Əgər ixtisar varsa nə üçün yeni işçilərlə əmək müqaviləsi bağlanılır ? Yox əgər yoxa çıxarılmış 3 kq mis boruya görə edilirsə bunu müşahidə kameralarına baxıb müəyyən etsinlər.

Hansısa bizə məlum olmayan səbəblərə görə bizimlə təkrar əmək müqaviləsi bağlamaq istəmirlərsə açıb desinlər biz onlarla razılaşaq başımıza çarə tapaq.

Onların bu qanuna zidd hərəkətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozur hüquqlarımızı tapdayır.

Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb xahiş edirik bizim işdən çıxarılmağımızın qarşısını alıb təkrar əmək müqavilısi bağlanılması üçün "Mərcan Broyler" MMC-nin rəhbərliyinə göstəriş verəsiniz.Bizim bir ümüd yerimiz Sizsiniz , xahiş edirik müraciətimizi obyektiv araşdırıb bizə köməklik göstərəsiniz.

İmza: "Mərcan Broyler" MMC-nin əməkdaşları"

P.S: Qeyd edək ki, qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə "Mərcan broyler" MMC-nin Məsul işçilərindən biri ilə əlaqə saxladıq. Lakin, təəssüflər olsun ki, qarşı tərəf zəngimizi cavablandırmadı.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az






















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA