Gündəm / İdman

Tokio Olimpiadasının rəsmi açılış mərasimi başlandı - CANLI YAYIM

Tokio Olimpiadasının rəsmi açılış mərasimi başlandı - CANLI YAYIM

 

 
 

Tokio Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi başlayıb.

Kanal14.az  xəbər verir ki, Azərbaycanın 44 idmançısının (40 lisenziya) yarışacağı, pandemiyaya görə dörd yox, beş ildən sonra baş tutan mötəbər yarışın açılış mərasimi Yaponiya Milli Stadionunda keçirilir.

 

Açılışda Azərbaycandan 27 nəfərlik heyət iştirak edir. Onların arasında idmançılarla yanaşı, yığmanın şef de-missionu Fərid Mansurov da var.

Azərbaycan nümayəndə heyəti açılış mərasimindəki paradda Yunanıstan, Qaçqın Olimpiya Komandası, İslandiya və İrlandiyadan sonra keçəcək.

İlk dəfə bu Olimpiadanın açılış mərasimində gender bərabərliyinin qorunması üçün iki bayraqdar iştirak edəcək. Azərbaycan bayrağını cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyacaq.

Yarışı aşağıdakı link vasitəsilə izləmək mümkündür:http://yoda.az/idmanlive/index.php
Oxu.Az