Gündəm / Sosial

Satışa çıxarılan tarixi hamamla bağlı nazirlikdən açıqlama

Satışa çıxarılan tarixi hamamla bağlı nazirlikdən açıqlama

 

 

Abşeronda Fatmayı bağlarından Mərdəkan istiqamətinə gedən çevrə yolundan solda yerləşən qədim hamam hündür hasarla bağlanıb və üstünə "satılır” yazılıb.

Kanal14.az axar.az a istinadən xəbər verir ki, bu barədə "Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Feysbuk hesabındakı paylaşımında bildirib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mətbuat xidməti tərəfindən saytımıza verilən açıqlamada deyilir:

"Görədil bağları massivində yerləşən hamam Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş dövlət qeydiyyatında olan abidələrin siyahısında deyil. Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Xidmət əməkdaşları tərəfindən ölkə ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin monitorinqi həyata keçirilib. Yeni siyahı formalaşdırılıb. Həmin hamam da yeni aşkar olunmuş tarix-memarlıq abidəsi kimi qeydə alınıb. Yeni siyahı təsdiq edildikdən sonra həmin hamamın da müvafiq siyahıya əlavə edilməsi üçün qərar veriləcəkdir. Eyni zamanda tarixi tikilinin qorunması ilə bağlı müvafiq dövlət orqanlarına da müraciət olunub”.