Gündəm / Siyasət

“İki həftə sonra Azərbaycan Naxçıvan sərhədlərini dəyişəcək” - Movses Akopyan


Kanal14.az: - "Yersaxda (Arazdəyən) qəsəbəsindəki atışmalar Azərbaycan tərəfinin demarkasiya işlərini həyata keçirməklə bağlıdır. İki həftədən sonra atəş dayanacaq və Yersaxda sərhədd dəyişəcək”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın sabiq baş qərargah rəisi Movses Akopyan deyib.
Onun sözlərinə görə, Yersaxdan sonra yeni münaqişə ocağı yaranacaq. "Mən bu münaqişə ocağının harda olacağını bilirəm. Lakin deyə bilmərəm. Çünki hakimiyyət məni ittiham edəcək ki, düşmənə istiqamət verirəm”.
Akopyan deyir ki, mümkündür Azərbaycan öz məqsədinə çatmaq üçün bir güllə belə atmasın. "Yerasxdakı gərginlik bitəcək, yenisi başlayacaq. Sünikdə daha ciddi problemlər hələ qalır. Nəticələr bizim üçün çox ağrılı olacaq. Əgər nələrin baş verdiyini, harada baş verdiyini, necə baş verdiyini bilmək istəyirsizsə, 10 noyabr və 11 yanvar razılaşmalarını diqqətlə oxuyun və öyrənin. Bu gün biz onların reallaşdırıldığını müşahidə edirik”.