Gündəm / Şou

Azərbaycanlı məşhurlar hansı universitetləri bitiriblər? -SİYAHI

Azərbaycanlı məşhurlar hansı universitetləri bitiriblər? -SİYAHI

 

 

Yerli şou-biznes nümayəndələri musiqiçi kimi fəaliyyət göstərsələr də, onların bəzilərinin ixtisasları tamamilə fərqlidir.

Sənət adamları arasında həkimlik, rejissorluq, hüquqşünaslıq, müəllimlik kimi sənətlərə yiyələnənlər var.

 

Kanal14.az  BAKU.WS-ə istinadən fərqli ixtisaslı məşhurların siyahısını təqdim edir:

Xalq artisti Faiq Ağayev əvvəl Tibb Universitetinə daxil olub, lakin təhsilini davam etdirməyib və yarımçıq qoyub.

Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili teatr aktyoru" fakültəsinə daxil olub.

O, 1993-cü ildə bu təhsil müəssisəsini fərqlənmə diplomu ilə başa vurub.

Xalq artisti Flora Kərimova Azərbaycan Dövlət Tibb Universitetinin "Müalicə işi" fakültəsini bitirib. O, 1971-ci ildə həkimlik ixtisasına yiyələnib.

Əməkdar artist Lalə Məmmədovanın ixtisası müəllimlikdir. O 1995-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinə daxil olub.

Xalq artisti Zülfiyyə Xanbabayeva 1985-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Onun ixtisası "Teatr rejissorluğu"dur.

Əməkdar artist Abbas Bağırov Tərtər rayonundakı Maliyyə və İqtisad kollecini bitirib. O 2000-2002-ci illərdə bu müəssisədə təhsil alıb.

Xalq artisti Röya Ayxan Bakı Dövlət Universitetini bitirib. O 2009-cu ildə bu təhsil müəssisəsinin "Beynəlxalq Hüquq" fakültəsindən məzun olub.

Müğənni Samira ƏliMəryəm də bəzi həmkarları kimi Mədəniyyət və İncəsənət universitetini bitirib. O "Kino və dram aktrisalığı" ixtisası üzrə ali təhsil alıb.

Müğənni Eldar Qasımov Slavyan Universitetini bitirib. O "Beynəlxalq münasibətlər" fakültəsinin məzunudur.

Müğənni Nərmin Kərimbəyova Bakı Dövlət Universitetinin "Hüquq" fakültəsini bitirib. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.

Müğənni Nadir Qafarzadə Asəf Zeynallı adına Musiqi Kollecində təhsil alıb. O "Opera" müğənnisi və "musiqi müəllimi" ixtisasını bitirib.

"Qurd" ləqəbi ilə tanının repçi Fərid Eminov Azərbaycan Texniki Universitetini bitirib. 2003-2007-ci illərdə ali təhsil alan Qurd "Ekologiya" fakültəsindən məzun olub.

Müğənni və bəstəkar Murad Arif isə "Beynəlxalq İqtisadi Münasibətlər" fakultəsini bitirib.