Gündəm / Cəmiyyət

Daha bir restoran sahibi CƏRİMƏLƏNDİ

Daha bir restoran sahibi CƏRİMƏLƏNDİ

 

 

Zaqatalada rayonunun Yuxarı Tala kəndi ərazisində yerləşən "Talaçay" şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb.

Kanal14.az Sonxeber.az a istinadən xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, şadlıq evinə keçirilən baxış zamanı obyekt sahibi tərəfindən "icazə.e-gov.az" portalında 150 nəfərin rəsmi qeydiyyatdan keçirilməsinə baxmayaraq, məclisdə 200 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.

Aşkarlanan pozuntularla bağlı həmin sarayın sahibi Anar Qəhrəmanov 4 min manat məbləğində cərimələnib.