Gündəm / Siyasət

Ermənistan yekun sülhə gəlmir: - “Paşinyan Putindən tapşırıqlar alıb”

Ermənistan yekun sülhə gəlmir: - “Paşinyan Putindən tapşırıqlar alıb”

 

 
Kanal14.az: - Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxışı zamanı bir çox mühüm məqamlara toxunub. O, bilirib ki, biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur. Qeyri-rəsmi kanallarla bizə çatan məlumata görə, Ermənistan buna hazır deyil.

"Onu da bildirməliyəm ki, delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər. Necə ki, vaxtilə əgər öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər rəzil duruma düşməzdilər. Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik”. – deyə, dövlət başçısı əlavə edib.

BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli yekun sülh müqaviləsi barədə proqnozlarını "Sherg.az”la bölüşdü.

O, bunun yaxın gələcək üçün gözlənilmədiyini dedi: "Prezidentin kəskin mövqeyi təqdirəlayiqdir. Lakin proseslər göstərir ki, Ermənistan bu barədə, ümumiyyətlə, düşünmür. Həmçinin Rusiya Müdafiə Nazirliyinin bəyanatları Moskvanın "yaxasını üçtərəfli razılığın icrasından çəkmək” cəhdləridir. Kremlin təhrikilə Ermənistanda revanşist əhval-ruhiyyə güclənib. Görünür, Paşinyan Moskvada Putindən müəyyən tapşırıqlar alıb. Eyni zamanda Fransa prezidenti Emanuel Makronun Ermənistana səfəri gözlənilir. Dövlət başçısı daxildəki revanşist emosiyaları bir az da gücləndirməyə çalışacaq. Beləliklə, dediyim kimi, hələlik yekun sülh müqaviləsinin imzalanacağını düşünmürəm. Həm də bu, bizim bütün şərtlərimiz yerinə yetiriləndən sonra olmalıdır”.//dia.az