Gündəm / Sosial

Prezidentin çıxışında 15 MÜHÜM MƏQAM

Prezidentin çıxışında 15 MÜHÜM MƏQAM

 

 
Dünən prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin, avtomobillərin təqdim olunması mərasimindəki çıxışı zamanı maraqlı məqamlara toxunub.
Kanal14.az  Azvision.az-a istinadən həmin çıxışdan daha önəmli saydığı 15 tezisi konspekt şəklində oxucularına təqdim edir.

1. Qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik.

2. Ermənistan bizdən haradasa 2-3 dəfə çox itki verib. Amma görün, orada müharibədə ölənlərin ailəsinin birinə bir mənzil verilir? Yox. Avtomobil verilir? Yox. Heç daxma da verilmir!

3. Özəl sektorun inkişafı, sahibkarlıqla məşğul olanların fəaliyyəti üçün dövlət çox böyük işlər görüb. İndi də özəl sektor, sahibkarlar öz sosial məsuliyyətini göstərməlidirlər və göstərirlər.

4. Hər şey əməllə ölçülür. Yaxşı sözlər demək çox asandır, biz bunu eşitmişik. İkinci Qarabağ müharibəsi dövründə bizim bütün sözlərimiz həqiqəti əks etdirirdi.

5. İkinci Qarabağ müharibəsində bizim planlarımız tam yerinə yetirildi.

6. Ermənistan bu günə qədər itkiləri haqqında məlumat vermir. Bizdə və müstəqil ekspertlərdə olan məlumatlara əsasən, onların itkiləri ən azı 7-8 mindir.

7. Əgər Ermənistan kapitulyasiya aktını imzalamasaydı, biz dayanmayacaqdıq .

8. Müharibə dövründə işlərimiz tam dəqiqliyilə aparılıb. Hədəfə hesablanmış addımlar idi - vaxtında hər şeyi etdik, vaxtında dayandıq.

9. Tarixdə İkinci Qarabağ müharibəsinə oxşar parlaq və tam qələbə heç vaxt olmayıb.

10. Kimsə yenə başlayıb ki, "məsələ öz həllini tapmalıdır, münaqişə həll olunmayıb”. Çox yanlış və təhlükəli yoldadırlar. Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır.

11. Biz hesab edirik ki, artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, müharibəyə hər an hazırıq və hazır olmalıyıq.

12. Azərbaycan ərazisində "Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlədilməməlidir. "Dağlıq Qarabağ” yoxdur, Qarabağ var.

13. İndi Ermənistanda deyirlər ki, "İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var”. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq, qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur.

14. Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq.

15. Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan sülh müqaviləsi imzalamağa hazır deyil. Hesab edirəm, bu, çox böyük bir səhv olacaq.