Gündəm / Hadisə / Sosial

"Bu DYP əməkdaşlarının narkoloji testlərdən keçirilməsini tələb edirəm" - Vətəndaş iddiası


Kanal14.az: - DogruXeber.az informasiya agentliyinin elektron poçt ünvanına Lənkəran Şəhər sakini Hüseynli Tural Nicat oğlu tərəfindən müraciət daxil olmuşdur.

Müraciəti olduğu kimi təqdim edirik:

"Salam.Mənə məxsus 10RP086 dövlət nişanlı avtomobillə Lənkəran şəhərində hərəkətdə olarkən 99YP570 nişanlı DYP
tərəfindən saxlanılmışam.Hadisə 06.07.2021 ci il axşam vaxtlarında baş vermişdir.
Məni öz maşınlarına otuzdurub bir narkoman kimi rəftar etdilər.Ləyaqətimi alçaldan sözlərdən istifadə edib təhqir
etdilər.Qəti etirazımı bildirdikdə narkoloji bölməyə apardılar.5 növ testdən təmiz çıxdım.
Bildirmək istəyirəm ki,5-6 ay bundan öncə ailəm ilə maşında saxlanılıb məcburi narkoloji testlərdən keçirilmişəm.
Təbii ki,nəticələr neqativ olub.Maraqlısı odur ki,dövlət vəsaiti ilə alınan testləri niyə mənim üçün israf edirlər.
Tibb məntəqəsindən çıxanda mənə məlum oldu ki,maşınımı xəbərim olmadan polis şöbəsinə aparıblar.
100 manat rüşvət olaraq pul istədilər.Etirazımı bildirdikdə döş nişanı 1436 olan Şərifov Amid "mən prinsipial
adamam,səni axırı ilişdirəcəyəm" və sairə alçaldıcı sözlər işlətdi.
Ailəliyəm.Belə haqsızlıqlarla üzləşəndə qanunların kimlər üçünsə işləmədiyi fikrinə gəlirəm.
Qeyd etmək istəyirəm ki,yol polisinin avtomobilində protokola uyğun olaraq səs və video görüntülər qeyd
olunmalıdır.Tam əminəm ki,bu qeydlər ortada yoxdur.
Sizə tam məsuliyyəti ilə bildirirəm ki,dyp əməkdaşları olan Şərifov Amid və Paşayev Yunus narkoloji testlərdən təmiz
çıxa bilməzlər.Bu bir böhtan deyil reallıqdır.
Polis geyiminə,adına ləkə olan bu rüşvətxor quldur lotular nə vaxta qədər bizim qanımızı içəcəklər? Nə vaxta qədər
bizi Dövlətdən,hakimiyyətdən incik və narazı salacaqlar?
Bir vətəndaş kimi hüquqlarımın bərpasında mənə köməklik etməyinizi xahiş edirəm.

Hüseynli Tural Nicat oğlu."


P.S: Tural Hüseynlinin müraciəti ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənmək məqsədilə Müraciətdə adı çəkilən DYP əməkdaşı Amid Şərifov ilə telefon əlaqəsi saxladıq.

Amid Şərifov bildirdi ki, "vətəndaşın şikayəti tamamilə əsassızdır.

Vətəndaş Tural Hüseynlinin avtomobilində konstruksiya dəyişikliyi olduğu üçün cərimə meydançasına aparılıb. Vətəndaşın saxlanılmasını, cərimə meydançasına aparılmasını və digər faktları əks etdirən videogörüntülər də var.

Məsələ artıq Lənkəran Şəhər Prokurorluğunda araşdırılır. Həmin videogörüntülər Prokurorluğa təqdim edilib. "

DogruXeber.az