Gündəm / Siyasət

Oxçuçayla bağlı etiraz kampaniyası başladı

Oxçuçayla bağlı etiraz kampaniyası başladı

 

 

Oxçuçayın çirklənməsi ilə bağlı Tvitter istifadəçiləri tərəfindən etiraz kampaniyası başladılıb.

Kanal14.az Axar.az a istinadən xəbər verir ki, kampaniya iştirakçıları beynəlxalq təşkilatlara susqunluqlarına görə etirazlarını bildirərək, Oxçuçayın çirklənməsinə görə Almaniyanın "CRONIMET” şirkətinin məsuliyyətə cəlb olunmasını tələb edirlər.

Kompaniya Tvitterdə #Ecoterror #Ecocide həştəqləri ilə aparılır.

Qeyd edək ki, Oxçuçayın çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə birbaşa təsir göstərir. Araz çayı Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır.