Gündəm / Cəmiyyət / Sosial / Foto / Video

Bu qanunsuzluqlara polis nə üçün göz yumur? - VİDEO

Bu qanunsuzluqlara polis nə üçün göz yumur? - VİDEO

Kanal14.az: - DogruXeber.az informasiya agentliyi olaraq, iki həftə əvvəl Qaradağ rayon Lökbatan qəsəbəsi ilə Xocahəsən qəsəbəsi ərazisində yerləşən "Meyvəli Ticarət Mərkəzi" ilə üzbəüz, yol kənarında "TIR" yük avtomobilləri sürücülərinin, fəhlələrin cəmiyyət arasındakı əxlaqa zidd, qeyri etik hərəkətləri, məişət tullantıları ilə ətraf ərazini çirkləndirmələri, həmçinin böyük yük avtomobilləri ilə yol hərəkəti qaydalarını kobudcasına pozaraq, magistral yolda hərəkətdə olan digər avtomobillərə maneələr yaratdıqları barəsində məlumatlar dərc etmişdik.

My Webpage

Bundan əlavə sözügedən məlumatlar barəsində telefon əlaqəsi saxlayıb Qaradağ rayon Polis İdarəsinə, eyni zamanda Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə bildirmişdik.

Hətta, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad müəllimin tövsiyyəsi ilə DİN-nin rəsmi Facebook səhifəsinin inboksuna yazılı şəkildə müraciət də göndərmişdik. Lakin, təəssüflər olsun ki, artıq iki həftədən çox müddət keçməsinə baxmayaraq, deyilən ərazidə çalışan, mövcud durumdan şikayətçi şəxslərin redaksiyamıza verdiyi məlumata görə məsələ barəsində heç bir ölçü götürülməyib. Əksinə, vəziyyət hər gün daha da bərbad, daha da iyrənc hal almaqda davam edir.

Məlumatın mətbuatda yayımlanmasına, həmçinin aidiyyatı qurumlara məlumat verilməsinə baxmayaraq, hələ də məsələyə heç bir müdaxilə olunmaması onu sübut edir ki, şikayətçi şəxslərin bildirdiyi "bütün bunlara polis özü şərait yaradır" ifadəsi doğru imiş. Belə olmasaydı, bu günə qədər polis tərəfindən hər hansı bir müvafiq addım atılmış olardı.

Qeyd: Qarşıdakı günlərdə sözügedən ərazidə məlumatlarla bağlı daha geniş reportaj hazırlayıb, sizlərə təqdim edəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az