Gündəm / Təhsil

İmtahan nəticələri elan edildi - DİQQƏT

İmtahan nəticələri elan edildi - DİQQƏT

 

 

Kanal14.az: - Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

Qurumdan  verilən məlumata görə, şagirdlər sy.edu.az portalı üzərindən yaradılmış "Şəxsi kabinet"lərinə daxil olaraq imtahan nəticələrini öyrənə bilərlər. Minimum 30 faiz nəticə göstərmiş şagirdlər seçim mərhələsinə buraxılıb.

 

Seçim mərhələsində iştirak hüququ qazanmış şagirdlər 2021-ci il iyulun 5-i saat 17:00-dək lisey və gimnaziyalar arasından seçim etməlidirlər. Seçim etdikdən sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcək. Qeyd olunmuş müddət bitdikdən sonra seçim etmək və ya seçimlərdə hər hansı dəyişiklik etmək mümkün deyil.

Qeyd edək ki, qəbul imtahanlarının nəticələri ilə bağlı müraciətlər iyunun 29-dəkinfo@olimpiada.edu.az elektron ünvanı vasitəsilə qəbul edilir.//sonxeber.az