Gündəm / Dünya

"NATO Rusiya sərhədləri yaxınlığında hərbi potensialını artırır" - Putin

"NATO Rusiya sərhədləri yaxınlığında hərbi potensialını artırır" - Putin

 

 
 

Kanal14.az: - Rusiya NATO-nun sərhədləri yaxınlığında infrastruktur qurmasından və ittifaqın Moskvanın təkliflərini əsaslı şəkildə nəzərdən keçirməkdən imtina etməsindən narahatdır.

Bunu Rusiya Prezident Vladimir Putin Beynəlxalq təhlükəsizlik üzrə IX Moskva konfransının iştirakçılarına video-müraciətində deyib.

"NATO Rusiya sərhədləri yaxınlığında hərbi potensialını artırır. Ümid edirik ki, sağlam düşüncə və bizimlə konstruktiv münasibətləri inkişaf etdirmək istəyi sonunda üstünlük qazanacaq”, - Putin vurğulayıb.

Qeyd edək ki, konfrans 22-24 iyun tarixlərində Moskvada keçirilir.//unikal.org