Gündəm

“Qızılqum”da acınacaqlı vəziyyət: Komitə söz verdi

“Qızılqum”da acınacaqlı vəziyyət: Komitə söz verdi

 

 

Kanal14.az: - Bu gün "Qızılqum” sanatoriyası demək olar ki, xarabalığa, zibilxanaya çevrilib. Bina çox ciddi təhlükədədir. Hər an hansısa faciə baş verə bilər. Burda insanın yaşaması üçün heç bir şərait yoxdur. "Qızılqum” sanatoriyası deyilən yerdə bu gün 12 ailə hələ də qalır və hər gün köçürmə ilə bağlı xəbər gözləyirlər. Onların arasında şəhid ailələri də var.

Bu barədə  həmin ərazidə yaşan qaçqın ailələrindən məlumatı daxil olub. Məlumatda bildirilir ki, ərazi xəstəlik ocağıdır.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev deyib ki, yaxın günlərdə sözügedən ailələr mənzillə təmin ediləcəklər:

"Sabunçu rayonu, Pirşağı qəsəbəsi, "Qızılqum" sanatoriyasından Ramana qəsəbəsinə məcburi köçkün ailələrinin əksəriyyətinin köçürülməsi başa çatıb. Hazırda adıçəkilən sanatoriyada birotaqlı mənzilə köçürüləcək ailələr qalıb. Həmin 12 ailə yaxın günlərdə yeni mənzillə təmin ediləcək”, - qurum rəsmisi bildirib.//axar.az