Gündəm / Hadisə

Fizulidə ağır qəza: İki ölü, dörd yaralı

Fizulidə ağır qəza: İki ölü, dörd yaralı

 

 

Kanal14.az - Füzulidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Qayıdış-1 qəsəbəsi ərazisində Böyük Bəhmənli kənd sakini Asim Hüseynovun idarə etdiyi "QAZel”, Beyləqan rayon sakinləri C.Camalovun idarə etdiyi VAZ-21154 və V.Süleymanovun idarə etdiyi "Mercedes” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində A.Hüseynov və sərnişini Səxavət Səfixanov hadisə yerində ölüb, digər sürücülər və dörd sərnişin xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.//yenisabah.az