Gündəm / İdman

Ramil Şeydayev Ukraynanın 3 klubu ilə danışıqlar aparır

Ramil Şeydayev Ukraynanın 3 klubu ilə danışıqlar aparır

 

Kanal14.az: - Azərbaycan millisinin hücumçusu karyerasını Ukraynada davam etdirə bilər.

 «Sabah»la müqaviləsi başa çatan forvard 3 klubla danışıqlar aparır.

Bunlar Donetsk «Olimpik»i, «Lvov» və «Maripol»dur.

Vaxtilə Türkiyədə «Trabzonspor»un, Slovakiyada «Jilina»nın formasını geyinmiş Ramil yenidən legioner həyatı yaşamağa qərarlıdır və bu məqsədlə maliyyə şərtləri üzərində çox dayanmır.

Hər halda başqqa bir niyyəti olsaydı, Azərbaycana qayıdardı.//yenisabah.az