Gündəm / Cəmiyyət / Sosial / Foto / Video

Lerik camaatı etiraz edir - ŞOK BİABIRÇILIQ - Cənab Prezidentin nəzərinə - VİDEO

Lerik camaatı etiraz edir - ŞOK BİABIRÇILIQ - Cənab Prezidentin nəzərinə - VİDEO

Əldə etdiyimiz məlumata görə 12-ilə yaxın Lerik meşələrinə hökmranlıq etmiş Eyvaz Babayevi yenidən bəzi qüvvələr hakimiyyətə gətirmək istəyirlər. Video çıxışlardan göründiyi kimi sakinlər öz etirazlarını bildirərək Eyvaz Babayevin Lerik meşələrinə rəhbərlik etdiyi dövrlərdə təbiətin bu dilsiz-ağızsız yaşıllıqlarına necə divan tutduğunu təsəvvürə belə gətirə bilmirlər. İndi hansısa şər qüvvələr öz çirkin məqsədlərinə çatmaqdan, meşələrə total hücumlara başlamaqdan ötrü revanşa hazırlaşırlar. Sakinlərin dediyinə görə 2018-ci ildə Cənab nazir Muxtar Babayev tərəfindən vəzifəsindən uzaqlaşdırılan Eyvaz Babayevi yenidən vəzifəyə gətirməkdə məqsəd nədir?

Vəzifədən çıxarılandan sonra Eyvaz Babayev Lənkəranda Regional Meşə Təsərrüfatı idarəsində əkinçilik sahəsi üzrə mühəndis vəzifəsinə təyin olundu. Həmin vaxtlarda neçə hektarlarla ərazilərdə aqrobağların salınmasına start verilmişdi. Bu aqrobağların salınmasına, sulanmasına, mühafizəsinə və digər aqrotexniki qulluqlara görə kifayət qədər maliyyə vəsaiti ayrılmışdı. Amma təssüflər olsun ki,həmin video sujetlərdə göstərildiyi kimi bu ərazilərdə mal -heyvan otlayır. Birdənədə olsun nə tənək nə də ağac vardır. Məmur özbaşınalığından,dövlətin pulunu göyə sovuran harın məmurların məsuliyyətsizliyindən və bilavasitə həmin sahəyə cavabdehlik daşıyan Eyvaz Babayevin işinin öhdəsindən gələ bilməməsi, öz çirkin əməllərinin girovuna çevrilməsidir.

Video sujetlərdən göründüyi kimi Media-ya müsahibə verən ziyalı müəllim İntiqam Mirzəyev istehza ilə jurnalistə bir az gec gəlmisiniz, bir iki il bundan qabaq tez gəlsəydiniz bir iki ağac görərdiniz. İndi nə bağ var nə də bağban. Məşhur aşıq mahnısında deyildiyi kimi bağa girdim nə bağ gördüm nə də bağban. İntiqam müəllim söyləyir ki, bu aqrobağlar yaradılanda bir-iki il baxdılar, suladılar, komissiya yaradıldı, gəldilər baxdılar, qərar verdılər, işçilər ayrıldı. Amma sonrasıda belə. Dövlətin pulunu məqsədyönlü şəkildə mənimsəyərək göyə sovurdular.

Bizə göndərilən müraciətdə Vizəzəmin Razvandalaband meşəliyində 2017-ci ilin yazında dolay 18 kv30, 10, 0HA, 2017 -ci ilin payızında dolay 15kv13,4,0HA Lerik dolay 6kv 15,16, 6, 5HA Güldəsər meşəbəyliyində 2017 payız 8kv48, 22,0 HA DOLAY 8kv48, 3HA və digər ərazilərdə 2018-ci ilin yazında dolay 7kv56 2,0HA və digər dolaylardakı ərazilərdə olanlar bəd əməllərin pis nümunəsidir və birbaşa korrupsiyaya cəhddir.
Digər ziyalı Hüseynov İltifat müəllimin dediklırindən bəlli olur ki, onlar neçə dəfə kənd camaatı yığışaraq aidiyyatı qurumlara-icra hakimiyyətinə, 1-saylı Lənkəran ekologiya şöbəsinə, Təbii Sərvətlər və Ekologıya nazirliyinə, Maliyyə Nazirliyinə, Respublika Baş Prokurorluğuna və Prezident Aparatına ərizə ilə müraciətlər etmişlər, teleqramalar vuraraq həyəcan təbilini çoxdan çalmışlar. Amma yenə hansısa sehirli əl onların haqlı işinə mane olaraq səslərinin aidiyyatı ünvanlara çatmasına əngəl yaratmağa çalışırlar. Bu işdə Lənkəran Regional Meşə Təsərrüfatı idarəsinin rəisi Füzuli Məmmədovun, Təbii Sərvətlər və Ekologıya nazirliyinin 1-saylı Lənkəran ekologiya şöbəsinin rəisi Əlzamin müəllimin "xidmətləri" danılmazdır. Axı belə kadr ələ düşməz. Eyvaz Babayevin səriştəsi, təcrübəsi kifayət qədərdir. O ağac-taxta sexlərinin yerini lap yaxşı bilir. Lazım gələrsə Ağaqardaş müəllimin köməyindən, bilavasitə patronluğundan necə istifadə etməyi özündən yaxşı heç kəs bilə bilməz.
Ziyalı vətəndaş, məntəqə seçki komissiyasının sədri olan İltifat Hüseynov söyləyir ki, bu şikayətlərə, müraciətlərə, teleqrammaya görə Lənkəran -1-saylı ekologiya şöbəsinin Xəzər adlı məsul işçisi ona hədə qorxu gələrək ərizələrini geri götürməyə, teleqrammadan imtina etməklə onları təhdid edir. Əks təqdirdə İltifat müəllim üçün pis olacaqını söyləyir. Bax budur özbaşınalıq, harınllq,qanunların gözünə kül üfürmək və ən azı həyasızlıq, vicdansızlıqdır.
Belə məmurların özbaşınalıqlarına görə kənd camaatı ayağa qalxır. İltifat müəllimin dediyinə görə ağsaqqal, camaat içində kifayət qədər reytinqi nüfuzu yüksək olan dəyərli ziyalımız olan İntiqam müəllimin sözündən sonra sakitləşməyə başlayıblar. Onlar öz müraciətlərində dövlət başçısından, cənab nazir Muxtar Babayevdən bu məsələni daim diqqət mərkəzində saxlamaqı xahiş edirlər.
Son olaraq bizdə KİV-nümayəndəsi,inter tv,xəbər portalının Rəhbəri və MEDİA ailəsi olaraq bu məsələni daim diqqət mərkəzində saxlayaraq jurnalist araşdırmalarımızı davam etdirəcəyik. Öz ənənəmizə sadik qalaraq qarşı tərəfində mövqeyini öyrənməyə dinləməyə və dərc etməyə hazırıq.