Gündəm / Sosial

“Kontakt Home”dan növbəti şikayət - 250 manatlıq “defekt” malı geri qaytarmır...


DogruXeber.az: - Bakı şəhər Yasamal rayonu, M.Seyidov küçəsində yaşayan Abdullayeva İradə "Kontakt Home” mağazalar şəbəkəsindən şikayətçidir.

İ.Abdullayeva Moderator.az-ın əməkdaşıyla söhbəti zamanı bildirib ki, 25.11.2020-ci il tarixdə "Kontakt Home” mağazalar şəbəkəsinin Abbas Mirzə Şərifzadə 174 ünvanında yerləşən dükanından dəyəri 250 manat olan üzqırxan maşın alıb. Bir müddət sonra isə üzqırxanın "defekt” çıxdığını və uyğun funksiyanı yerinə yetirmədiyini öyrənib.

Bundan sonra İ.Abdullayeva "Kontakt Home” mağazalar şəbəkəsinə və onun sevris xidmətinə müraciət edib. Lakin üzqırxanı düzəltmək mümkün olmayıb. İ.Abdullayeva müxtəlif bəhanələrlə rastlaşdığını və istehlakçı hüquqlarının pozulduğunu bildirib.

İ.Abdullayeva bundan sonra Azərbaycan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət edib. E.Hüseynovun "Kontakt Home” mağazalar şəbəkəsinin Vəfa və Rəvanə adlı işçi xanımlarıyla apardığı söhbət də bir nəticə verməyib.
İ.Abdullayevanın şikayəti artıq iqtisdiyyat naziri Mikayıl Cabbarova göndərilib.//moderator.az