Gündəm / İdman

Bakıda dünya çempionatının açılışı oldu - FOTO

Bakıda dünya çempionatının açılışı oldu
Bakıda aerobika gimnastikası üzrə dünya çempionatının açılış mərasimi keçirilib.

Kanal14.az-ın  "Report"a istinadən  məlumatına görə, Milli Gimnastika Arenasındakı tədbirdə əvvəlcə iştirakçı ölkələr musiqi sədaları altında təqdim edilib.

Ardınca söz gənclər və idman nazirinin müavini İsmayıl İsmayılova verilib. Tədbir iştirakçılarını və idmançıları salamlayan İsmayılov ölkədə bu cür nüfuzlu yarışın təşkilinin təsadüfi olmadığını bildirib. İsmayılov bunun uğurlu dövlət siyasəti və ölkənin inkişaf tempi ilə əlaqədar olduğunu vurğulayıb. O, idmana göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Respublikanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti Mehriban Əliyevaya idman ictimaiyyəti adından dərin minnətdarlığını bildirib.

AGF-nin uğurla fəaliyyət göstərdiyini deyən nazir müavini qeyd edib ki, əldə edilən nailiyyətlər də bunu göstərir: "Qrup komandamızın bədii gimnastika üzrə Dünya Kubokunda qazandığı bürünc medal da buna parlaq nümunədir. Aerobika gimnastikası da sevilən idman növüdür. Ölkəmizdə istedadlı gənclər yetişir. Onların əldə etdikləri uğurlar bizi qürurlandırır".

Daha sonra çıxış üçün səhnəyə Beynəlxalq Gimnastika Federasiyasının vitse-prezidenti Vasili Titov dəvət olunub. İştirakçıları salamlayan Titov hər kəsi bu cür fantastik yarışda görməkdən məmnunluğunu dilə gətirib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildəkdən sonra hakimlərin andiçmə mərasimi keçirilib və yarış açıq elan edilib.

Bakıda dünya çempionatının açılışı oldu
Bakıda dünya çempionatının açılışı oldu
Bakıda dünya çempionatının açılışı oldu
Bakıda dünya çempionatının açılışı oldu