Gündəm / İqtisadiyyat

Azərbaycan nefti 70 dollara qədər bahalaşıb - Şükür...

Azərbaycan nefti 70 dollara qədər bahalaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,03 ABŞ dolları, yaxud 1,5 % artıb.

"Azeri Light” markalı neftin bir barelinin qiyməti 69,59 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.