Gündəm / Siyasət / Hadisə / Dünya

Tacikistanla sərhəddə atışma nəticəsində ölənlərin sayı 20-yə çatıb

Tacikistanla sərhəddə atışma nəticəsində ölənlərin sayı 20-yə çatıb
Kanal14.az: - Qırğız Respublikası ilə Tacikistan sərhəddində aprelin 29-da baş vermiş toqquşmalar nəticəsində hər iki tərəfdən ölənlərin ümumi sayı 20-yə çatıb.

"Report” "24.kg” saytına istinadən xəbər verir ki, Qırğızıstan tərəfdən 13, Tacikistan tərəfdən isə 7 nəfər ölüb.

Hər iki tərəfdən 150 nəfərdən çox yaralı var.

Aprelin 29-da iki ölkənin sərhəd rayonların mülki vətəndaşları arasında başlamış insident sonradan qırğız və tacik hərbçiləri arasında silahlı toqquşmaya çevrilib. Toqquşmalar 6 saatdan çox davam edib.

Dünən axşam saatlarında hər iki ölkə atəşkəs elan etmək və silahlı qüvvələrini geri çəkmək barədə razılığa gəlib.