Gündəm / Sosial

“Rüşvət alır-almır bilmirəm, amma yaxşı işləyir...” - Rəşid Mahmudov bu icra başçısını təriflədi...


Kanal14.az: - Xəbər verdiyimiz kimi dünən Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı Şəmkir rayon icra hakmiyyətinin başçısı Alimpaşa Məmmədov həbs edildi.

Tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov Moderator.az-a açıqlamasında həbs edilən icra başçılarının əmlaklarının müsadirə edilməsinin vacibliyini vurğuladı:

"İcra başçılarını həbs edəndən sonra yığdığı pulları alıb müdcəyə köçürmək lazımdı. Bunların həbsdə qalmasının əhəmiyyəti yoxdu. Ondan sonra o adamlara Rəşid müəllim aldığı maaş qədər maaş vermək lazımdır ki, görək yaşaya bilərlər? Bədbəxt adamdılar bunlar. İcra başçıları insanları qəbul edib, problemləri ilə maraqlanmırlar”.

R.Mahmudov Gədəbəyin icra başçısından razılıq edib:

"Bircə bizim Gədəbəyin icra başçısı yaxşı işləyir. Rüşvət alır-almır onu bilmirəm. Amma insanları incitmir, onları qəbul edir. Şəhid olan hərbçilərimizin yas mərasimində iştirak edir. Buna pis demək olmaz axı. Bütün bunların özüm şahidi olmuşam. Həbs edilən icra başçıları isə harınlamışlardı. Bunlar yaxşıdan örnək götürmürlər axı”.//dia.az