Gündəm / Siyasət / Dünya

Ermənistan Müdafiə Nazirliyinin əməkdaşı rüşvət alarkən tutulub

Ermənistan Müdafiə Nazirliyinin əməkdaşı rüşvət alarkən tutulub
Kanal14.az: - Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Müdafiə Nazirliyinin əməkdaşını saxlayıb.

"Report” "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı MTX yayıb.

Tutulan şəxs xidməti vəzifəsindən sui-istifadə edərək çağırışçını qanunsuz şəkildə hərbi xidmətdən yayındırmaqda şübhəli bilinir.

Məlumata görə, R.K.adlı Ermənistan vətəndaşı hərbi xidmətdən iki dəfə möhlət alıb. O, səhhətində problem və başqa səbəb olmamasına baxmayaraq, 3-cü dəfə möhlət almaq üçün Müdafiə Nazirliyindəki qohumu X.D-ya müraciət edib. Onlar 3 000 ABŞ dolları qarşılığında xəstəliyə görə möhlət verilməsinə dair sövdələşiblər. Bundan sonra X.D. ölkədəki mövcud hərbi nizamnaməyə zidd olaraq, qohumu R.K.-nı hərbi xidmətdən azad edib.

Sövdələşməyə əsasən, Müdafiə Nazirliyinin əməkdaşı qohumundan rüşvəti başqa şəxsin əli ilə alıb. Aprelin 20-də o, rüşvəti gətirən şəxs görüşüb. Nazirlik əməkdaşı 3 000 ABŞ dolları məbləğində rüşvəti alan zaman tutulub.

Müdafiə Nazirliyinin başqa əməkdaşları da bu cinayət işi üzrə istintaqa cəlb edilib.