Gündəm / Şou

Azəri Günelin işi polislik oldu - ŞİKAYƏT

Azəri Günelin işi polislik oldu
KANAL14.AZ: - Azəri Günel Zeynalova sosial şəbəkədə onu təhqir edən şəxs barədə polisə şikayət edib. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədəki səhifəsində yazıb:

"Mənasız şərhlər yazıb, fikir sahibi olanlar. Hamı öz evinin qarşısını təmizləsin. Nə gözəl gəncləşirəm, gözəlləşirəm, bəzilərinə görə isə eybəcərləşirəm. Sənə nə? Kimə nə? Baxımlarımı edirəm, özümü sevirəm, mahnı oxumağı, alqışları, səhnəni sevirəm. Heç kimlə işim yoxdur. Öz işimlə məşğulam. Elə bil heç kimin işi yoxdur. Başqalarının həyatına klaviatura başında şərh yazmaqla məşğuldurlar. Nə vaxt alqışladınız məni və musiqimi? Amma məni çox sevirsiniz. Qısqanclıqdan başqa bir şey deyil. Mənim səsimi, sənətimi sevin. Gözəllik gəlib keçir, vacib olan qəlb gözəlliyidir. O da məndə kifayət qədər var. Sevənlərim səhifəmdə hiss olunur. Saxtakarlıq edib izləyicilərimin sayını milyon etməyi bilirəm, edənləri də bilirəm. Ancaq yavaş-yavaş artmasının tərəfdarıyam. Tez yanan tez də kül olur. Pərəstişkarlarım məni sevir, söhbət edirik, sevgimizi paylaşırıq.

Keçən dəfə sosial şəbəkədə biri məni təhqir etdi. Tapıldı və izahatı alındı. Heç kimə böhtan atmamağı öyrəndi. Ya bunu etməyəcəksən, ya da qışqıra-qışqıra üzr istəməyəcəksən.

Məni günahlandırmadan əvvəl öz həyatınızı dəyərləndirin. Səbrimi ölçməyin, qalib ola bilməyəcəksiniz, mən ağrılardan, haqsızlıqlardan güclənmişəm, bacarmayacaqsınız".