Gündəm / Siyasət / Dünya

İsrail bu silahın istehsalına başladı - SATIN ALMALIYIQ...

İsrail bu silahın istehsalına başladı
İsrail Aerokosmik Sənayesi Korporasiyası "Barak ER” adlı hava hücumundan müdafiə sisteminin kütləvi istehsalına başladığını açıqlayıb.

KANAL14.AZ Axar.az-a istinadən  xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

150 kilometr mənzilli "Barak ER” raketləri ballistik raket, döyüş təyyarələri, PUA və helikopter hücumuna qarşı istifadə olunacaq. Bundan başqa, raketlər hərbi gəmilərə də yerləşdirilə bilər.

Qeyd edək ki, Azərbaycan Ordusunun arsenalında "Barak-8”-lər var.