Gündəm / Siyasət

“Qarabağ məsələsini Minsk Qrupuna həvalə etmək ən böyük milli xəyanət oldu...” - GƏLİŞMƏ


KANAL14.AZ: - "28 il ərzində yalnız Azərbaycan xalqının başını qataraq Qarabağın işğal olunmuş torpaqlarının status-kvosunu saxlayırdılar ki, əvvəl-axır o torpaqları ermənilərə, yəni xristianlara versinlər...”

"Bu təşkilatın bəyanatının heç bir hüquqi əsası yoxdur. Çünki Qarabağın faktiki sahibi Azərbaycandır və o, öz problemini həll etməkdədir”.

Bunu Moderator.az-a açıqlamasında ATƏT-in Minsk Qrupunun son bəyanatının mahiyyəti haqda danışan analitik Tahir Cəfərli söyləyib.

"Çoxları indiyə qədər anlamaq istəmir ki, Minsk Qrupu guya Azərbaycan Respublikasının Qarabağ probleminin həlli üçün yaradılmışdır. Onun yaradılmasına səbəb olan isə o dövrün AXC iqtidarı oldu. O hakimiyyət BMT-nin işğal edilmiş bölgələrin Ermənistan Silahlı Qüvvələrini tərk etməsini nəzərdə tutan qətnamələrinin icrasını tələb etmək əvəzinə, bu işi Minsk Qrupuna həvalə etdi. Əslində bu, ən böyük milli xəyanət idi. Çünki həmin təşkilatda təmsil olunan Rusiya, ABŞ və Fransadan olan həmsədrlər İ.Krılovun "Durna, xərçəng və balıq” təmsilini xatırladırdılar - hərəsi bir tərəfə çəkirdi. 28 il ərzində yalnız Azərbaycan xalqının başını qataraq Qarabağın işğal olunmuş torpaqlarının status-kvosunu saxlayırdılar ki, əvvəl-axır o torpaqları ermənilərə, yəni xristianlara versinlər. 2016-cı il Aprel döyüşləri bu statusu pozdu və Qarabağ məsələsinin həllinin yalnız bir yolu olduğunu göstərdi - müharibə yolu. 2020-ci il Vətən müharibəsi Azərbaycanın hərbi-siyasi və diplomatik qələbəsi ilə nəticələndi. ATƏT-ın Minsk qrupu isə indi öz statusunu faktiki itirmiş bir təşkilatdır və onun bəyanatına ciddi yanaşmaq gülüncdür”- deyə analitik vurğulayıb.